Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.
Prezident cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında da ətraflı danışılıb və bu gün Avrasiyanın nəqliyyat xəritəsinin Azərbaycanın nəqliyyat infrastrukturu olmadan təsəvvür etməyin mümkünsüzlüyü diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda ərazimizdən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır və ortaq, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün haqlı olaraq Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biri hesab edilir.
Beləliklə, ümummilli lider Heydər Əliyevin ölkəmizdə hər bir sahədə olduğu kimi nəqliyyat sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri bu gündə Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Belə ki, respublikamızda nəqliyyat sektorunun inkişafı ilə bağlı ardıcıl siyasət aparılıb, infrastrukturun dövrün tələbatına uyğun olaraq tam modernləşdirilməsi diqqətdə saxlanılıb, ölkəmizin beynəlxalq yükdaşımalarda fəaliyyəti getdikcə gücləndirilib. Hazırda yükdaşımaların artmasında Orta Dəhlizin fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır. Orta Dəhliz Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsini nəzərdə tutur. Buradan isə Türkiyə və Gürcüstanın Qara dəniz limanları vasitəsi ilə Avropaya ötürülür. Orta Dəhliz yalnız Azərbaycanın yox, bütün regionun iqtisadi inkişafına təkan verəcək, bölgədə sülh və sabitliyin bərqərar olması üçün əlavə təsir vasitəsinə çevriləcək, Avropa İttifaqı ölkələrinə yükdaşımaların fasiləsizliyini təmin edəcək.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal