image-970_50
image-67229181

Bu gün Azərbaycan Polisinın yaranmasının 103 – cü ildönümüdür

image-728_90

Bu gün Azərbaycan Polisinın  yaranmasının 103 – cü ildönümüdür. Ulu Öndər Heydər Əliyevin 1998 – ci ildə imzaladığı Fərmanla İyul ayının  2 – si Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Möhtərəm Cənab Prezidentin həyata keçirtdiyi islahatlar içərisində xüsusi yer tutan Daxili İşlər orqanlarında həyata keçirilən yeniliklər, dəyişikliklər və islahatlar onun fəaliyyətini zamanın tələblərinə və çağrışlarına uyğun şəkildə qurulmasında ciddi rol oynamaqdadır. Bu baxımdan Daxili İşlər naziri, General Polkovnik Vilayət Eyvazovun fəaliyyəti xüsusi olaraq yüksək qiymətləndirilməlidir.

Bütün dövrlərdə olduğu kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü dönəmində də  polisimiz öz rəşadətini göstərmiş, qəhrəmanlıq zirvəsinə ucalmışdır. Azərbaycan Polisi xalqımızın asayişini və təhlükəsizliyini yüksək səviyyədə qorumaqla yanaşı, həm də indiki çətin pandemiya dövründə də üzərinə düşən vəzifənin yerinə yetirilməsində böyük fədakarlıq nümayiş etdirməkdədir.

44 günlük Vətən Savaşı zamanı erməni işğalçılarına qarşı aparmış olduğumuz müharibədə digər Silahlı Qüvvələrimizlə bərabər Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və onların Xüsusi Təyinatlılarının qəhrəmanlığı, fədakarlığı hər birimizdə qürur doğurdu. Təsadüfi deyil ki, Ali Baş Komandanımız Daxili İşlər naziri Cənab General Polkovnik Vilayət Eyvazovu “Zəfər” ordeni ilə, çoxsaylı Daxili Qoşunların əsgər və zabitlərini ən müxtəlif orden və medallarla təltif etdi.

Bütün Polis əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara Dövlətimizə və Xalqımıza şərəfli xidmət yolunda uğurlar arzulayır, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçib Şəhid olan polis əməkdaşlarına Uca Tanrıdan rəhmət diləyirəm.

Səmimiyyətlə,

Fəzail Ağamalı

Millət Vəkili

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki