image-2000_150
image-970_50
image-img_20210326_194908backend

Bu gün Baltık Assambleyasının Təhsil, Elm və Mədəniyyət komitəsinin iclasında iştirak etdim-Elnur Allahverdiyev

image-728_90

Bu gün Baltık Assambleyasının Təhsil, Elm və Mədəniyyət komitəsinin iclasında iştirak etdim.

Təşkilatın sıralarında Baltikyanı dövlətlər – #Estoniya, #Latviya və #Litva təmsil olunurlar. Dövlətimiz bu qurumla münasibətləri inkişaf etdirməkdə maraqlıdır. BA ilə təmaslar bizə həm Avropa məkanına çıxışı intensivləşdirə bilər, həm də iqtisadi ilişkilərimizin sürətlənməsinə yeni imkanlar yaradır.
Baltikyanı dövlətlərin zəngin iqtisadi potensialı və logistik imkanları baxımından Azərbaycana ciddi maraqları var. Eyni zamanda, biz də assambleyanın siyası təsirlərindən yararlanıb maraqlarımızı Avropa Birliyi məkanı hesab edilən qurum dövlətlərində təmin etmək niyyətindəyik. Bu istiqamətdə #GUAM Parlament Assambleyasındakı təmsilçiliyimizin böyük önəmi var.
İclasda bu məsələlər müzakirə olunurdu:
– Təhsil və elm sahəsində Baltik dövlətlərin strateji tərəfdaşlığı (Pandemiyanın təsiri, əməkdaşlığın genişləndirilməsi imkanları);
– COVID-19 pandemiyası dövründə məşğulluq və əmək bazarının müzakirəsi: Baltik ölkələrində yeni çağırışlar dönəmində təhsilin gələcəyi.
İkinci məsələ ilə bağlı çıxışım oldu. Bildiyiniz kimi, pandemiya dövrü ərzində Azərbaycan hökuməti genişmiqyaslı iqtisadi dəstək və islahatlar paketi elan edib və həyata keçirib. Paket həm məşğulluq problemi yaşayan əhaliyə, həm də pandemiyanın təsirlərindən zərər görmüş özəl sektora dəstək tədbirlərini nəzərdə tutur. Görülən işlər, bu tədbirlərin iqtisadi durumun sabitləşdirilməsinə təsiri və postpandemiya dövrünə hazırlıq barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Azərbaycanda pandemiyanın fəsadlarının minimallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat həm Baltikyanı ölkələrin nümayəndələri, həm də qonaq qismində iştirak edən Skandinaviya dövlətlərinin təmsilçilərinin marağına səbəb oldu.

image-fb_img_1616773206877 image-fb_img_1616773212827 image-fb_img_1616773228132 image-fb_img_1616773237444 image-fb_img_1616773250496 image-fb_img_1616773254448 image-fb_img_1616773258622

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki