image-qanunla-reklam
image-1121969

Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub

image-lady-day-az

Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub

May ayının 10-da Qarabağın taçı Şuşa şəhərində keçirilən növbəti tarixi hadisəyə şahidlik etdik. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Əlamətdar hadisədir ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Dövlətimizin başçısı və birinci xanım Şuşaya ilk köç edən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim ediblər. Görüş zamanı ölkə başçısı çıxış edərək bir sıra məqamlara toxunub və mühüm mesaclar verib.

Vurğulanıb ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. “Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik”, – deyən dövlətimizin başçısı xatırladıb ki, bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad ediblər.

Ötən il həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan tarixi, torpaqları işğalçılardan azad edildi. bu da dövlətimizin gücünü və siyasi iradəsini göstərdi. Ərazi bütövlüyümüz bərpa edilərək Xankəndi, Xocalı, Xocəvənd, Ağdərə, Əsgəranda Azərbaycanın Dövlət Bayrağı dalğalandırıldı.

Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib ki, “bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük”. Şuşada çox genişmiqyaslı quruculuq işlərinin getdiyini, yaşayış komplekslərinin inşa olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Hazırda Şuşada genişmiqyaslı quruculuq işləri gedir, böyük infrastruktur layihələri reallaşdırılır

Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Hazırda yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir.
Qeyd edilməlidir ki, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılıb. Vaqifin məqbərəsi yenidən qurulub və onun əzəli görkəmi qaytarılıb. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı olub. İndi Çöl Qala məscidində bərpa işləri başlanılıb. Eyni zamanda Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Bu gün Şuşa şəhərində artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyulub. Həmçinin dahi Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Dörülən quruculuq işlərinin sürəti və həcmi artırılır.

Ölkə başçısı öz çıxışında bir sıra məqamlara da toxunub. Qeyd edib ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir. Dövlətimizin başçısı deyib ki, “həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar”.

Dövlətimizin başçısı deyib ki, “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.
“Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə xüsusi olaraq vurğulayıb ki, “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

İşğaldan azad olunduqdan sonra Şuşada çox mühüm layihələr uğurla icra olunub

Prezident  İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş ilk sakinlərlə görüşü sakinlərin yaddaşında unudulmaz tarixi bir gün kimi qalacaq. Çünki otuz iki ildən sonra ilk dəfə olaraq Şuşa yenidən şəhərə köçmüş öz doğma sakinlərini qarşıladı. Çox sevindirici haldır ki, yaşlı və orta nəslin nümayəndələri ilə bərabər gənc nəsil də sevinclə öz torpaqlarına qayıdırlar. Bu, xalqımızın öz torpağına bağlılığından, sevgisindən irəli gəlir. İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər. Onlar unudurdular ki, Azərbaycan xalqı öz torpağına bağlıdır və lazım gələrsə Vətən və torpaq uğrunda canlarından, qanlarından belə  keçməyə hazırdılar.

Bu gün Şuşada və digər şəhərlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun aparılır. Xüsusi vurğulanmalı məqam isə ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınmışdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun.

İşğaldan azad olunduqdan sonra Şuşada çox mühüm layihələr uğurla icra olunub. Bu müddət ərzində bu qədər işləri görmək Prezident İlham Əliyevin qətiyyətinin, dövlətimizin qüdrətinin göstəricisidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir.

İki gün bundan öncə Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə şəhidlərimizin xatirəsinə xüsusi ehtiramını çatdıraraq bildirdi ki, “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, – bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, – yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bəli, həqiqətən də biz yaşadığımız bu qüruru, şərəfi onlara, onların şücaətinə, qəhrəmanlığına borcluyuq. Azərbaycan xalqı şəhidlərinin əziz xatirəsini hər zaman qəlbində yaşadır və yaşadacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Nəzərə alsaq ki, Birinci Qarabağ müharibəsi dövründə 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Vətən müharibəsində isə gənclərimiz həqiqi vətənpərvərlik nümayiş etirdilər. Onlar Vətən, torpaq uğrunda canlarını qurban verməkdən çəkinmədilər. Vətən müharibəsi Azərbaycan xalqına bir daha göstərdi ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi olduqca önəmlidir. Bununla da dövlətimizin başçısı haqq-ədalətin danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, yumruq kimi birləşərək döyüş meydanında bərpa etdiyimizi, eyni zamanda yüzlərlə görüşün keçirilməsinə baxmayaraq təzavüzkar ölkənin və onun havadarlarının ucbatında məsələnin dinc formada həllini tapmamasını bir daha diqqətə çatdırdı.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır

Şuşalılarla görüşdə Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına da ciddi mesajlar verdi: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin”. Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir. Prezidentin xəbərdarlığının mahiyyəti bundan ibarətdir ki, Paris və Vaşinqton hazırki danışıqlar prosesinə mane olmamalı, əldə edilən razılaşmalara dəstək verməlidirlər. Fransa Azərbaycanla münasibətləri o qədər gərgin hala gətirib ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesini və əldə edilən müsbət nəticələri vurğulamağa üzü gəlmir. Dünyanın heç bir dövləti Azərbaycana öz daxilində keçirdiyi hərbi əməliyyata, antiterror əməliyyatına görə irad tuta bilməz. Biz BMT-nin ərazi bütövlüyünü tanıdığı bir dövlətik, heç bir beynəlxalq qanunları və normaları pozmuruq. Belə olan halda erməni cəmiyyətinin iki seçimi var. Birinci seçim yürüş və mitinqi təşkil edən keşişin ardınca getmək və bununla yeni müharibəyə hazırlaşmaq, ikinci seçim əvvəlkitək baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləməklə hazırki danışıqlar prosesinə tərəfdar olmaqdır. Əks təqdirdə bundan sonra təklif verilməyəcək. Ermənilər açıq şəkildə seçim etməlidirlər.

Bu gün dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Müharibə başa çatdıqdan dərhal sonra bütün şəhər və kəndlərimizin bərpası və yenidən qurulmasına  başlanıldı. Şuşa şəhəri də təsdiqlənmiş Baş plana uyğun yenidən qurulur  və görülən işlər göz oxşayır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Qarabağın hər bir bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri bu gün böyük səy fəxr, qürurla davam edir

Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın 10 may 2024-cü il tarixində Şuşa şəhərinə səfəri baş tutmuşdur. Bu tarix Prezidentin Şuşa sakinləri ilə görüşü zamanı dediyi kimi Şuşanın yeni tarixinin başlanğıcı idi. Bildiyimiz kimi otuz iki ildən sonra artıq Şuşada yeni həyat başlayır. Şuşalılar düşməndən azad olunmuş öz doğma yurdlarına, el-obalarına geri dönüş edirlər. Təbii ki, bu çox mühüm tarixi hadisədir. Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin məhz Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır. Hər kəsə məlumdur ki, işğal olunmuş torpaqlarımızı azad görmək, sakinlərin yurdlarına geri qayıdışını təmin etmək Heydər Əliyevin ən böyük amalı, arzusu idi və əsas hədəf bu arzunu reallaşdırmaq üzrə qurulmuşdu. Ümummilli liderin başlanğıcını qoyduğu və vəsiyyəti olan bu hədəfin reallaşdırılması Prezident İlham Əliyevin sonlandırması ilə nəticələndi.

Beləliklə, Şuşa daxil Qarabağın hər bir bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri bu gün böyük səy fəxr, qürurla davam edir. Ən əsas məqam bu günün xüsusi ilə əlamətdar olması sakinlərin artıq öz torpaqlarında məskunlaşmasıdır. Eləcə də Prezident Şuşa sakinləri ilə mətbuata açıq xüsusi görüş keçirdi. Görüş zamanı Prezident bir çox məqamlara toxundu. Təbii ki, ilk olaraq, bu qələbəni bizə bəxş edən igid, qəhrəman oğullarımızı yad etmək xüsusi önəm kəsb edir. Prezidentin də dediyi kimi “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Bəli, əgər vətənpərvər ruhda böyüyən oğullarımız olmasa idi bu qələbəni qazanmaq mümkünsüz olardı. Ona görə də, bu qələbənin təməlində məhz onların igidliyi, şücaəti durur. Bundan sonra da hər birimizin məqsədi bu ənənəni davam etdirərək yetişən nəsillərin də vətən sevgisi ruhunda böyüdülməsini təmin etməkdir. Prezidentin də vurğuladığı kimi, bu gün bütün dünyada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət, cəsarət bütün dünyada danışılır. Əlbəttə ki, bu da xalq olaraq hər birimizin qürur, fəxr, sevincimizdir. İstər İkinci Qarabağ müharibəsi, istərsə də antiterror əməliyyatları zamanı ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan haqlı mübarizəsində qələbə çaldı və bu gün hər bölgəmizdə bayrağımız dalğalanır, hər zaman da belə davam edəcək

Prezident sakinlərlə görüş zaman Şuşada baş tutan quruculuq işləri, təmir edilən qədim memarlıq abidələri, sakinlər üçün tikilən yeni yaşayış kompleksləri, geniş infrastruktur layihələri haqqında sakinləri və mətbuatı məlumatlandırmışdı.
Prezident İlham Əliyev: “Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır”. Gördüyümüz kimi bu gün Qarabağda qısa müddət ərzində bir çox işlər görülüb və bu planlı şəkildə davam edir. Əsas məqsəd sakinlərin tezliklə öz yurdlarına qayıtmasıdır.

Prezidentin də dediyi kimi “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq”. Prezident İlham Əliyev torpaqların işğala məruz qalmasında və onun sülh yolu ilə azad olunmasına can atmayan, beynəlxalq təşkilatların prinsiplərinin yerinə yetirilmədiyinin, hətta ermənilərə bu gün də dəstək verən bəzi ermənipərəst Qərb dövlətlərinə də öz mesajını çatdırmışdı. Burada xüsusilə əsas rol oynayan bildiyimiz kimi Fransa və ABŞ-dır. Haqlı qələbəmizə baxmayaraq bu gün Azərbaycan-Ermənistan münasibətlərinin sülhlə yekunlaşmasına qarşı çıxan bəzi dövlətlər hələ də mövcuddur.

Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Bəli, Prezident İlham Əliyevin bu mesajı diqqətə çatdırması ölkəmizə qarşı hər hansı təxribatlar can atmağa çalışanlara qarşı qəti və mühüm xəbərdarlıqdır. Çünki, Azərbaycan haqlı mübarizəsində qələbə çaldı və bu gün hər bölgəmizdə bayrağımız dalğalanır, hər zaman da belə davam edəcək.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki