Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qalib məlum olacaq.
Qanunla.Az xəbər verir ki, dünya çempionatının həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. “Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.
Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə mundialın qalibi olub