image-qanunla-reklam
image-bez-nazvaniya

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır

image-lady-day-az

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində qeyd olunduğu kimi, “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaş ölkədir və buna Azərbaycanın da, Rusiyanın da heç bir şübhəsi yoxdur”. Cənab Prezident Azərbaycan-Rusiya münasibətlərinin səmimiliyini vurğulayaraq bildirdi ki, ölkələrimiz çətin vaxtlarda həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdiriblər, həm də özlərini dostcasına aparıblar. Prezident cənab İlham Əliyevin Azərbaycanın xarici siyasətinin unikal xüsusiyyətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini də qeyd edib: “Məlumdur ki, bu gün Azərbaycan həm Qərbin, həm də Şərqin aparıcı dövlətləri tərəfindən müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Buna zəmin yaradan əsas amil Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətin özünəməxsus xüsusiyyətləridir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Bu unikal status ölkəmizin qarşısında geniş imkanlar açır. Rusiya ilə NATO ölkələri arasında münasibətlərin normallaşdırılması baxımından hansısa mərhələdə Azərbaycanın səyləri tələb oluna bilər. Nəzərə almaq lazımdır ki, dünyada Azərbaycan qədər etibar qazanmış ölkələr çox azdır.

Cənab Prezident İlham Əliyevin müsahibəsində Ermənistanın silahlandırılmasına qarşı ifadə olunmuş fikirlərin aktuallığını da diqqət mərkəzinə çəkib: “Azərbaycan bütün Cənubi Qafqazda sülhün və əmin-amanlığın davamlılığını təmin etmək üçün əlindən gələni edir. Lakin bəzi Qərb dairələrinin mövqeyi ölkəmizin bu səylərinə ciddi əngəllər törədir. O cümlədən, Fransa bu gün bizim regionumuzda vəziyyətin gərginləşdirilməsinə çalışan ölkələrdən biri kimi çıxış edir. Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə Makron hökumətini kəskin tənqidə məruz qoyaraq bildirdi ki, Fransanın Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, Azərbaycanın bu prosesi yalnız kənardan müşahidə edəcəyini gözləmək olmaz və ölkəmiz özünün təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək”.

Zərdab rayon Salahlı kənd ümumi  orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Razılaşdırılmamış iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər.

Prezident cənab İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bir çox məqamlara toxunduğu kimi, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də münasibət bildirdi. Ölkəmizin lideri məsələ barəsində söz açarkən, iki mühüm məqamın üzərində dayandı ki, əslində, bu mövqeyi əvvəllər də səsləndirmişdi. Prezidentin hazırda həmin məsələləri yenidən gündəmə gətirməsi isə Azərbaycan dövlətinin prinsipial və qətiyyətli yanaşmasından geri çəkilməyəcəyinin növbəti sübutudur.

Ermənistan rəhbərliyində təmsil olunanlar Prezident cənab İlham Əliyevin irəli sürdüyü şərtləri ciddi şəkildə diqqətə almalı və birmənalı şəkildə bilməlidirlər ki, həmin şərtlər yerinə yetirilməyəcəyi təqdirdə, Bakı İrəvanla sülhə razılaşmayacaq. Şərtlər isə sadədir. Birincisi, Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi, ikincisi, ATƏT-in canını tapşırmış Minsk qrupunun rəsmi şəkildə ləğvi. Bəli, ATƏT-in Minsk qrupu rəsmən ləğv olunmalıdır. Bunun hansısa alternativi olmamalıdır. Bir halda ki, Ermənistan rəsmiləri, o cümlədən, baş nazir Nikol Paşinyan bütün beynəlxalq platformalarda Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edir, deməli, bu məsələ ilə bağlı bütün təsisatların ləğvi mütləqdir. Bunun baş verməməsi, istər-istəməz, sülhü şübhə altına alır. Dövlətimizin başçısının da vurğuladığı kimi, Ermənistan Azərbaycanın şərtini qəbul etmək istəmirsə, deməli, ölkədəki revanşistlərin avantürist planları var. Həmin avantüristlər isə erməni iqtidarının tərkibində də yer alırlar. Onları başqa haradasa axtarmağa ehtiyac yoxdur.

Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun ləğvi tələbinə digər aspektdən də yanaşır və belə bir suala cavab axtarırıq: 44 günlük müharibə nə üçün baş verdi? Sual ritorikdir, çünki cavab bəllidir. O zaman başqa sualın üzərində dayanaq: Savaş olmaya bilərdimi? Təbii ki, Ermənistan danışıqlarda konstriktiv mövqe tutsaydı, destruktiv davranmasaydı, baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməsəydi, qanlı qarşıdurma da yaşanmayacaqdı. Ancaq olanlar oldu. Azərbaycan şəhid verdi, zəfər qazandı, öncə ərazi bütövlüyünə, 2023-cü ilin sentyabrında isə suverenliyinə qovuşdu. Ancaq bu gün rəsmi İrəvan 44 günlük müharibənin Ermənistan üçün məğlubiyyət şərtini qəbul etmir. Yəni, Paşinyan bildirir ki, savaşa son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ölkəsinə məğlub dövlət olaraq yanaşmağa əsas vermir.

Prezident İlham Əliyevin Ermənistan üçün müəyyənləşdirdiyi ikinci sülh şərtinə diqqət yetirək. Söhbət rəsmi İrəvana qarşı qoyulan konstitusiya dəyişikliyi tələbindən gedir. Dövlətimizin başçısı müsahibəsində bildirib: “Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.

Ölkə başçımızın dediyi kimi konstitusiya dəyişiklikyi və ATƏT-in Minsk qrupunun ləğvi  həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Yaxşı olar ki, Ermənistan hakimiyyəti dövlətimizin başçısının göstərdiyi tələbləri yerinə yetirmək barədə düşünsün.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki