Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Qanula.az-ın aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 5 minik, 16 yük avtomobili Xankəndindən Laçına maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 21-ə çatıb.