image-970_50
image-191261065_190350332955359_5795633459854062048_n

Bu gün Zərdabın icra başçısının doğum günüdür

image-728_90

Bu gün cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, vətənpərvər, ziyalı,Mərdan Talıb oğlu Camalovun 65 yaşı tamam olur.

Mərdan Camalov 27 may 1956cı ildə Şirvan şəhərində anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983-1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakultəsini bitirmişdir.

Mərdan Camalov əmək fəaliyyətinə 1989-1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi, 2005-2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

1997-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 4 övladı var.

Zərdab rayonunda fəaliyyətə başladığı gündən rayonda qısa müddət ərzində böyük işlər görülmüşdür.Rayonun küçələrinin əsaslı şəkildə asfaltlanması,səkilərə metlak düzülməsi,kürüstü parkın təmiri,H.B.Zərdabi adına parkın yenidən qurulması,baramaçılığın inkişaf etdirilməsi,kənd təsərüffatının inkişaf etdirilməsi və s. kimi işlər görülmüşdür.

Mərdan Camalovun göstərişi ilə Azərbaycan küçəsi istiqamətində, 10-cu məhəllədə sahəsi 0,54 ha olan abad məhəllənin tikintisinə başlanılmışdır. Abad məhəllədə 1300 kv.metr sahəyə dekorativ tamet tavalar vurulmuş, bardyur düzülmüşdür.Ərazidə sakinlərin istirahəti üçün  4 ədəd kölgəlik hazırlanmış, yaşıllıq sahəsi salınmışdır. Məhəllədə quraşdırmaq üçün 10 ədəd oturacaq və tullantı qutuları gətirilmişdir.

Zərdab rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

 

Qanunla.Az İnformasiya Agentliyinin kollektivi adından Mərdan müəllimə can sağlığı, işlərində uğurlar arzulayırıq!

Vüqar Rəhimov

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki