Bu gün sadə, səmimi, vətənpərvər insan, iş adamı Məmmədov Namiz Məmməd oğlunun doğum günüdür. O, öz işinin öhdəsindən layiqincə gələn, dövlətimizi və dövlətçiliyimizi sevən bir insandır.
Həyatda elə yaşamaq lazımdır ki, geriyə baxanda utanmayasan. El-oba, Vətən sevgisi olan insanlar geriyə baxanda hər zaman qürur duyurlar. Onlar üçün bir amal var: Vətənə layiq övlad olmaq mənim ən müqəddəs borcumdur!
Belə insanlardan biri də bizim həmyerlimiz,əslən Zərdab rayon Yarməmmədbağı kəndindən olan Namiz Məmmədovdur.
Bu gün dəyərli həmyerlimizin 54 yaşı tamam olur.
Namiz Məmmədov sahibkarlıqdan əlavə daim xeyriyyəçilik işləri ilə məşğul olub.
O,hər zaman kənddə aztəminatlı ailələrin köməyinə çatıb,onlara madddi və mənəvi dəstək olub.
Qanunla.Az informasiya Agentliyinin kollektivi Namiz bəyi təbrik edir, ona can sağlığı uzun ömür,işlərində uğurlar arzulayırıq. Vətənə həmişə sizin kimi mərd, qeyrətli,dəyərli oğullar lazımdır. Siz fəxr ediləsi insansınız!
Vüqar Rəhimov Coşqun Abdullayev