image-qanunla-reklam
image-1670230338-1668425186_1667307774_1638883041-trend_mina_main_220421-1

Bu il 3 878 ədəd mina və PHS aşkar olunub

image-lady-day-az

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş tərkibdə iclas keçirilib.

Bu barədə “Qanunla.az”a ANAMA-dan bildirilib.

Agentliyin İdarə Heyəti, struktur bölmələri və əməliyyat heyəti rəhbərlərinin iştirakı ilə keçirilən iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarında təhlükəsiz və dayanıqlı məskunlaşması məqsədilə həyata keçirilən minatəmizləmə fəaliyyəti Azərbaycan dövlətinin xüsusi prioritetlərindən biri kimi müəyyən edilib. İşğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan minatəmizləmə əməliyyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

2023-cü ilin ilk rübü ərzində Agentlik tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 7 944 ha ərazi təmizlənib, 3 878 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub.

İclasda hesabat dövründə minatəmizləmə sahəsində görülən işlər və müxtəlif prioritet istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlar, əməliyyatların icra vəziyyəti, Beynəlxalq Minatəmizləmə Standartlarının riayət olunmasına nəzarət üçün keçirilən monitorinqlər və yekun keyfiyyət yoxlamalarının nəticələri, habelə Agentliyin potensialının yüksəldilməsi məqsədilə görülmüş işlər və planlar barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda minatəmizləmə fəaliyyətində səmərəliliyin artırılması, qarşıda duran öhdəliklər, çağırışlar və onların həlli yolları istiqamətində müvafiq tapşırıqlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki