image-qanunla-reklam
image-korpe

Bu il 54 uşaq övladlığa verildi

image-lady-day-az

Bu ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib.

Qanunla.Az xəbər verir ki, bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb, onlardan 11-i qız, 20-si oğlandır.

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki