ABŞ-da yerləşən “CNN” xəbər kanalı Ukraynanın Xarkov şəhərini “Rusiya”nın şəhəri adlandırıb.

“Qanunla.az” xəbər verir ki, “CNN İnternational” proqramının aparıcısı Kristian Amanpur NATO-nun baş katibi Yens Stoltenberqlə Avropadakı mövcud vəziyyətlə bağlı müsahibəsində  Xarkov şəhəri Rusiyanın şəhəri kimi göstərilib.

Belə  ki, proqramda Rusiya Müdafiə Nazirliyinin zirehli texnikasının qış mənzərəsi kadrları əks olunub. Sözügedən  kadrlarda  “Xarkov, Rusiya” yazısı  da yer alıb.

Sosial şəbəkələrdə istifadəçilər “CNN”in Xarkovu artıq Rusiya ərazisinə çevirdiyini şərh ediblər.  Proqramın bu “səhv”i  geniş müzakirələrə səbəb olub.