Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.
Qanunla.Az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəyli, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib.
Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib.
***
119 saylı Ağdam kənd dairəsindən əvvəlki deputat Bəxtiyar Sadıqovun və akademik Nizami Cəfərovun adı YAP-ın deputatlığa namizədləri siyahısına salınmayıb.