image-qanunla-reklam
image-1682662605_1654082885-bfd9ffec-11b7-42ed-9b64-06441c9cca3c

Bu müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər

image-lady-day-az

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmək müddəti azaldılır.

“Qanunla.az” xəbər verir ki, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik edilib.

Hazırkı qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Təklif olunan dəyişikliyə əsasən, bu müddət 5 ildən 3 ilə endirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki