image-qanunla-reklam
image-d52567c19d99350159652b3b4f2e877e

Bu ölkədən Ukraynaya BÖYÜK DƏSTƏK: 8,1 milyard avro məbləğində silah verdi

image-lady-day-az

Almaniya hökuməti 2024-cü il ərzində Ukraynaya təxminən 8,1 milyard avro məbləğində silah və hərbi malların tədarükünü təsdiqləyib.

AFR-in İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyi tərəfindən dərc edilmiş 2024-cü il üzrə silah ixracına dair ilkin məlumatlardan bəlli olub.

“İlkin məlumatlara əsasən, 1 yanvar – 17 dekabr 2024-cü il tarixləri arasında təxminən 13,2 milyard avro məbləğində silah ixracına icazə verilib”, – nazirliyin məlumatında qeyd olunub. Bunun təxminən 8,1 milyard avrosu silah, təxminən 5,1 milyard avrosu isə müdafiə təyinatlı məhsullara aiddir.

“Əsas qəbuledici ölkə təxminən 8,1 milyard avro məbləğində silah ixracı təsdiqlənmiş Ukraynadır”, – İqtisadiyyat Nazirliyindən bildirilib.

2023-cü ildə bu göstərici təxminən 4,4 milyard avro təşkil edib. Beləliklə, bu il göstərici təxminən iki dəfə artıb. “2024-cü ildə Almaniyanın Ukraynaya ümumi silah ixracının 62%-i təsdiqlənəcək”, – Almaniya İqtisadiyyat Nazirliyinin dövlət katibi Berhard Kluttiq vurğulayıb./Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki