Dominikan Respublikasının ətraf mühit və təbii sərvətlər naziri Orlando Xorxe Mera öz kabinetində yaxın dostu tərəfindən güllələnib.
Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Aparatı Meranı güllələyən Migel Kruzun saxlanıldığını açıqlayıb.
Paytaxt Santo Dominqodakı nazirlik binasına çox sayda polis və təcili yardım işçisi göndərilib.
Hadisə şahidləri hücum zamanı 7 atəş səsi eşitdiklərini, hücum zamanı nazirlikdə olanların isə divarlardan atlayaraq qaçdıqlarını bildiriblər.
Eyni zamanda hüquqşünas olan Mera Müasir İnqilab Partiyasının qurucu üzvü olub və 2020-ci ilin avqustunda Ətraf Mühit və Təbii Sərvətlər Naziri təyin edilib.