image-qanunla-reklam
image-prospekt_heydar_aliyev_300315_03

Bu prospektdə dayanacaqların yeri dəyişdiriləcək

image-lady-day-az

Bakı Nəqliyyat Agentliyi (BNA) Heydər Əliyev prospektindəki sıxlığı aradan qaldırmaq üçün bir sıra layihələr hazırlayıb.

Qanunla.Az  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı bəzi dayanacaqların yeri düzgün deyil:

“Biz onları köçürməyi planlaşdırırıq. Həmin ərazidə sıxlığın azaldılması üçün Bağırov körpüsü dediyimiz ərazidə tuneli keçdikdən sonra köməkçi yoldan əsas yola çıxış imkanı yaradılacaq. Bu da geri dönmək istəyən nəqliyyat vasitələrinin, daha geniş məsafədə, daha rahat yerlərini dəyişərək geri dönmə əməliyyatını istifadə etməsinə imkan verəcək. BNA təklifləri hazırlayıb dövlət qurumlarına təqdim edib. Bəzi təklifləri artıq razılaşdırmışıq, yaxın vaxtlarda icrasına başlamağı planlaşdırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki