Ukrayna Rusiya ilə hərbi əməliyyatların dayandırılmasına zəmin yaratmaq üçün bu il baş tutması gözlənilən ikinci liderlər sammitini keçirmək istəyir.
Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.
“İkinci sammitdən gözləntilərimiz budur: ədalətli sülhə nail olmaq üçün müharibəni mümkün qədər tez bitirməliyik”, – deyə Yermak bildirib.