image-qanunla-reklam
image-1694856069-1693379325_1-2

Bu şəxslər üçün əmək miqrasiyası kvotası 5 il müddətinə ləğv olunur

image-lady-day-az

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.

“Qanunla.az” xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq.

Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.

Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki