image-qanunla-reklam
image-1632895152-image-3-patriot-missile

Bu silah Türkiyəyə verilmədiyi üçün əvəzində S-400 alır

image-lady-day-az

“Türkiyə “Patriot” istəyir, verilmədiyi üçün S-400 alırıq. Pulumuzla “Patriot” sistemi almaq istəyirik. Prezidentimiz Obama dönəmində bunu çox deyib”.

Qanunla.Az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müsahibəsində deyib.

“Biz F-35 proqramının əvvəldən içindəyik. F-35 ABŞ texnologiyası ilə istehsal olunur. Bu müqavilə çərçivəsində bizə verilməli olan beş ədəd F-35 gözləyir.

Necə başqa NATO ölkəsinə satdınızsa, biz də satın almaq istəyirik. Bizə Çindən, Rusiyadan, Avropadan və ABŞ-dan dörd sistemlə əlaqədar dörd təklif gəldi. Çinlə bir görüş keçirdik, sonra bundan əl çəkdik.

Təkliflər gələndə elə bildilər, Prezidentimiz blef edir. S-400 məsələsi ciddiləşəndə hay-küyə başladılar. Nəticədə, S-400 almaq məcburiyyətində qaldıq, aldıq”- deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki