image-qanunla-reklam
image-kartt

Bu smart kartların balansını onlayn artırmaq mümkün deyil – “Azərişıq”dan AÇIQLAMA

image-lady-day-az

Müasir dövrümüzdə demək olar ki, bütün xidmətlərdən onlayn şəkildə istifadə etmək mümkündür. Bu xidmətlərə kommunal ödənişlər də daxildir.

Bakues.az xəbər verir ki, son illər abonentlərin onlayn ödəmə üsullarından rahat istifadə etməsi üçün yeniliklər edilib. Artıq əksər bankların mobil tətbiqləri, o cümlədən onlayn ödəmə sisteminə daxil olan bir sıra proqramlar vasitəsilə kommunal ödənişlər rahatlıqla həyata keçirilir. Yəni, abonent evdən çıxmadan asanlıqla kommunal ödənişlərini həyata keçirə bilir.

Maraqlıdır ki, kommunal xidmətlər sektorunun vacib sahələrindən olan elektrik enerjisi üçün də onlayn ödəniş etmək olurmu?

“Azərişıq”dan Bakues.az-a verilən açıqlamaya görə, bəzi smart kartların balansının onlayn şəkildə artırılması mümkün deyil.

“Abonentlər smart kart balansının artırılması üçün “Emanat” və ya “MilliÖn” ödəmə terminallarından istifadə edə bilərlər. Əksər smart kartlarda QR kod, NFC və ya EMV (bank kartı il birbaşa ödəniş) texnologiyalarından istifadə edərək, kart balansının artırılması mövcud deyil. Əgər abonent hər hansısa mobil tətbiqdən istifadə edərək, “Azərişıq” smart kart balansını onlayn şəkildə artırarsa, bu halda kartdan vəsait çıxıla bilər. Lakin ödənilən məbləğ karta köçməyəcək”, – qurumun açıqlamasında vurğulanıb.

“Azərişıq”ın hansı kartlarının balansını onlayn artırmaq mümkündür?

Məlumata əsasən, mexaniki və “sms” sayğacların, o cümlədən “Azərişıq Makel” kartlarının balansını onlayn artırmaq mümkündür. “Azərişıq Makel” ödənişlərində sayğac kartını smartfona yaxınlaşdırmaqla, ödəniş həyata keçirilir.

Onlayn ödəniş nəticəsində smart kartı bloklanan abonent nə etməlidir?

Qurumdan bildirilib ki, onlayn ödəniş nəticəsində bloka düşmüş kartın bərpası və onlayn ödənilən vəsaitin smart karta köçürülməsi üçün abonent yaşadığı ərazi üzrə yerləşən işıq idarəsinə müraciət edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki