Mayın 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqlarının aparılması üçün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
AQTA-dan “Qanunla.az”a verilən məlumata görə, sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaətbəxş olub. 4 nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Hər 4 müəssisənin su emalı fəaliyyəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.
Ümumilikdə, Agentlik tərəfindən görülmüş tədbirlər çərçivəsində cari il ərzində ölkə ərazisində fəaliyyət göstərən 22 su emalı müəssisəsində planlı və plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı 18 müəssisədə qida sahəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satışı dayandırılıb, qanunvericiliyin tələblərinə uyğun olmayan etiketlərin istifadəsi qadağan olunub və həmin etiketlər məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, bir sıra qida subyektləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni etiketlərlə məhsulların emalına başlanılıb.
Mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilən 4 müəssisə və həmin müəssisələrdə emal olunan məhsullar, həmçinin görülən tədbirlərlə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz:
Cədvəl 1.
S/N | İstehsalçının adı | Məhsulun əmtəə nişanı | Aşkarlanan uyğunsuzluqlar | Uyğunsuzluqlarla əlaqədar görülmüş tədbir |
1 | “AzNar” QSC | “Aria” | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.
(19.09.2022-ci il istehsal tarixli məhsul partiyası) Suyun mənbəyi İsmayıllı rayonu, “Nar Bulaq” artezian quyusu olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır. |
Uyğunsuzluq aşkar edilmiş məhsul partiyasının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Yeni qablaşdırmada dağ şəkli çıxarılıb. |
2 | Fiziki şəxs Ələsgərov Xəqani | “Muğanlı” | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.
(09.04.2023-cü il istehsal tarixli məhsul partiyası) |
Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. |
3 | “Qafqaz Aqua” MMC | “Qafqaz Aqua” | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.
(03.04.2023-cü il istehsal tarixli məhsul partiyası) |
Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. |
4 | “AM Trading” MMC | “Qornaya” | Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.
(01.03.2023-cü il istehsal tarixli məhsul partiyası) |
Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. |
Etiket məlumatlarında uyğunsuzluqlar aşkarlanan 18 müəssisə və həmin müəssisələrdə emal olunan məhsullar, həmçinin görülən tədbirlərlə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz:
Cədvəl 2.