image-qanunla-reklam
image-vahid-hmdov

Bu, Türkiyəyə Qarabağa görə təzyiqdir

image-lady-day-az

Azərbaycanın əldə etdiyi qələbəni bir sıra dövlətlər qəbul edə bilmir. Fransa 44 günlük müharibədə olduğu kimi, bundan sonra da xislətindən əl çəkməyəcək.

Qanunla.Az  xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden seçki öncəsi ermənilərə verdiyi vədi yerinə yetirmək üçün “soyqrım” ifadəsini işlədib:

“Hesab edirəm ki, Bayden çox böyük səhv edib. Türkiyənin regionda söz sahibi olması bu dövlətləri qane etmir. Bu səbəbdən də çalışırlar ki, Türkiyəyə qarşı belə qondarma vasitələrlə təzyiqlər etsinlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki