image-qanunla-reklam
image-00be084f01d39b64bc212223dc3296e8

Bundan sonra Suriyada həyat BELƏ OLACAQ – ŞOK DETALLAR

image-lady-day-az

Paytaxt Dəməşqin Əməvi meydanına toplaşan suriyalılar ölkələrində 61 illik Baas rejiminin devrilməsindən və Əsəd ailəsi dövrünün bitməsindən sonra sevinclərini nümayiş etdiriblər. Müxalifət hakimiyyəti ələ keçirdikdən sonra ölkənin gələcəyi ilə bağlı sual işarələri artır…

Dəməşqin idarəçiliyini ələ keçirməsi ilə gündəmə gələn Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması Əsədin ardınca keçid hökumətini elan etsə də, HTŞ lideri Əbu Məhəmməd Colaninin Suriyanı birləşdirmək vədinin nə dərəcədə real olduğu açıqlanmır.

Musavat.com bildirir ki, ekspertlərin fikrincə, Suriyada üç mümkün ssenari var:

Suriyada ən yaxşı ssenari HTŞ-nin ölkə administrasiyasını mülki siyasi təşkilatların iştirakına açması olardı. Colani indiyədək Suriyadakı müxtəlif məzhəblər arasında milli birlik və qarşılıqlı hörmət barədə bəyanatlar verib.

Lakin Suriyadakı çoxsaylı qrupların fərqli gündəmləri var. 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyadan kənarda yaranmış çox sayda müxalifət qrupu və siyasi bloklar da mövcuddur. Bütün bu qrupların Suriyaya qayıdıb siyasi keçid prosesinin bir hissəsi olub-olmayacağı hələ də bəlli deyil.

HTŞ-nin Əsəd administrasiyası kimi avtoritar üsullarla hakimiyyəti birləşdirə biləcəyi ilə bağlı narahatlıqlar da var. Colani ictimai xidmətlərə və sabitliyə üstünlük verərək HTŞ-nin dövləti effektiv idarə edə biləcəyini göstərməyə çalışır.

Lakin onun əleyhdarları HTŞ-nin İdlibi idarə edərkən rəqib silahlı qrupları və müxalifəti qorxutduğunu deyirlər. Bundan əlavə, analitiklər təşkilatın İdlibdəki gücünü Dəməşqə qədər genişləndirmək üçün kifayət qədər resursunun olmadığı qənaətindədir.

Ən pis ssenari odur ki, Suriya da “ərəb baharı” prosesinin sonunda qarışıqlığa düşən bəzi ölkələr kimi xaosa sürüklənəcək.

Bu ssenaridə Suriyadakı müxtəlif silahlı təşkilatlar arasında rəqabət genişmiqyaslı zorakılığa gətirib çıxara və təkcə Suriyanı deyil, bütün regionu daha da sabitsizləşdirə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki