image-qanunla-reklam
image-erdogan-2024

Bununla bağlı hər hansı müzakirəni rədd edirik – Ərdoğan

image-lady-day-az

Qartalqaya otelində baş verən yanğında vəzifəyə etinasızlıq, qanunsuzluq və tamahkarlıq ucbatından millətimizə böyük ağrılar yaşadanlar mütləq məhkəmə qarşısında cavab verəcəklər.

Qanunla.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İstintaq çərçivəsində müəssisə sahibi, otel işçiləri və 3 bələdiyyə işçisi olmaqla, 14 nəfər saxlanılıb. Bundan sonra nə lazımdırsa, ediləcək. Hamımızı sarsıdan, hamımızı dərindən yaralayan belə bir üzücü hadisə qarşısında siyasətlə məşğul olmağı özümüzə uyğun görmürük. Yaxınlarını, övladlarını, əzizlərini itirmiş vətəndaşlarımızın acısı hələ təzə olsa da, kiminləsə dava salmaq kədərli ailələrimizə qarşı hörmətsizlik olacaq. Buna görə də biz bu proseslərə hər hansı bir zərər verə biləcək istənilən müzakirəni rədd edirik”, – Ərdoğan söyləyib.

Qeyd edək ki, Türkiyədə Qartalqaya dağ-xizək kurortundakı oteldə 21 yanvarda dəhşətli yanğın baş verib. Yanğın nəticəsində 78 nəfər ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki