PSJ-nin baş məşqçisi Luis Enrike 2023/24 mövsümü üçün qarşıya qoyulan hədəflər barədə danışıb.
Qanunla.Az “L`Equipe”yə istinadən xəbər verir ki, mütəxəssis mümkü olan bütün kubokları qazanmaq istədiklərini deyib:
“Bizim hədəfimiz iyunun 1-nə qədər bütün kubokları qazanmaqdır. Biz bu qədər cəsarətliyik”.
Qeyd edək ki, PSJ ötən ilin sentyabrından bəri Liqa 1-də ardıcıl 15 matçda uduzmayıb – 12 qələbə, 3 heç-heçə.