image-qanunla-reklam
image-1695460253-prez234

Bütün Qarabağ inkişaf edir

image-lady-day-az

Bütün Qarabağ inkişaf edir.

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın dünyadakı hərbi və siyasi mövqeyini daha da möhkəmləndirdi, gücünü nümayiş etdirdi, müdafiə sənayesində əldə edilən uğurların davamlı olduğunu göstərdi. Postmüharibə dövrü çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları dəyərləndirən Prezident cənab İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi hədəflər bu gün uğurla reallaşmaqdadır.

29 sentyabr 2023-cü il tarixində Sərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdiyi beynəlxalq tədbirdə ev sahibliyi etməsi təstiq edir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa olunur. Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzur başdan yaradılır və tarixi diyarlarımız abadlıq məkanına çevrilir. Dövlətimizin başçısı İlham Əliyev ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edib və onun rəhbərliyi ilə bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələr icra olunur. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

İllər ərzində vəhşi düşmən tərəfindən talanan, viran qoyulan və zorla didərgin salınan yüzminlərlə vətəndaşımızın həyat şəraitinin yaxşılaşdırılması, problemlərin həlli istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür. Zəfərdən sonra geniş quruculuq meydanına çevrilən Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynalxalq hava limanları tikilib istifadəyə verilir, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülür. O cümlədən yeni şəhərlərin, kəndlərin, inzibati və yaşayış binaların təməlləri atılır, açılışları həyata keçirilir.Tarixi ərazilərimizdə Azərbaycan dövlətinin həyata keçirdiyi bütün bu mühüm işlərlə dövlət başçısı cənab İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri zamanı daha yaxından tanış olur, bu yurdlarımızın qısa zamanda necə surətlə abadlaşdırıldığının, dirçəldiyinin əyani şahidi oluruq.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir

Milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.

29 sentyabr 2023-cü il tarixində Şərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etməsi təsdiq edir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa edilib. Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir. Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.

Cənnət Qarabağın bütün regionları kimi Şərqi Zəngəzurda dirçəlir. Şəhərlər, qəsəbələr və kəndlər sıfırdan yenidən inşa edilib, soydaşlarımızın öz doğma yurdlarında xoşbəxt və firavan yaşaması üçün onların istifadəsinə verilir.  Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

 

 

Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Ölkəmiz növbəti dəfə böyük bir tədbirə ev sahibliyi edir. “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunu daha da əlamətdar edən hadisə bu tədbirin işğaldan azad edilmiş Zəngilanda keçirilməsidir. Şərqi Zəngəzurda keçirilən ilk Milli Şəhərsalma Forumunda ölkəmizdən və xarici ölkələrdən 200-dən çox qonaq iştirak edib. Forum iştirakçılarına Şərqi Zəngəzurda və Qarabağda qısa müddətdə görülən işləri əyani şəkildə nümayiş etdirmək imkanı yaranıb.

Bu gün Zəngilanda geniş quruculuq işləri aparılır. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ilə kimi Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Bu bölgənin digər regionlar kimi ölkəmiz üçün çox boyük əhəmiyyəti var. Zəngilan mühüm nəqliyyat qovşağıdır və nəqliyyat dəhlizləri üzərində yerləşir. Ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olacaq. Həmçinin turizm potensialının bölgədə yüksək olması yeni bir istiqamətin də inkişafına təkan verəcək. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Hazırda Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Bütün bu görülən işlər isə bölgənin inkişafına xidmət etməklə gələcəkdə burada yaşayan sakinlərin də rifah halının yüksək olmasına xidmət edəcək.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirilmişdi. Açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyevin çıxışından bir daha dövlətimizin Qarabağ məsələsində mövqeyinin nə dərəcədə qətiyyətli və dəyişməz olduğunu görürük.

Ötən il Ağdamda baş tutan ilk Azərbaycan Milli Şəhərsalma Forumu kimi bu tədbirə də maraq yetərincə böyük idi. Belə ki, dünyanın 53 ölkəsindən 200-ə yaxın iştirakçının qatıldığı Forum öz möhtəşəmliyi ilə yadda qaldı. Artıq ölkəmizin beynəlxalq tədbirlərin təşkil edilməsində təcrübəsi böyükdür və hər dəfə ev sahibliyi etdiyi tədbirlər dünya ictimaiyyəti tərəfindən geniş müzakirə mövzusuna çevrilir.Cənnət Qarabağın bütün regionları kimi Şərqi Zəngəzurda dirçəlir. Şəhərlər, qəsəbələr və kəndlər sıfırdan yenidən inşa edilib, soydaşlarımızın öz doğma yurdlarında xoşbəxt və firavan yaşaması üçün onların istifadəsinə verilir.

Bildiyimiz kimi, Zəngilan “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən ilk köç olan regionumuzdur. Artıq biz yenidən inşa olunan və məskunlaşılan Ağalı kəndinin simasında keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına, köklərinə necə sadiq və bağlı olduğunu görürük. İşğaldan azad olunmuş bütün regionlarımızın keçmiş məcburi köçkünləri öz ata-baba evlərinə qayıtmağı səbirsizliklə gözləyirlər. Xüsusilə bildirmək istəyirəm ki, dövlətimiz bu məsələyə çox həssas yanaşır və keçmiş köçkünlərimizə ən yaxşı şəraitin yaradılması üçün bütün imkanlardan istifadə edir. Belə qısa müddətdə Zəngilanda Beynəlxalq Hava Limanının, Konqres Mərkəzi Kompleksinin tikilməsi və yeni infrasturuktur layihələrinin təməlinin qoyulması deyilənlərə nümunədir.

Zəngəzur dəhlizinin açılışından sonra Zəngilanın çox vacib nəqliyyat qovşağı kimi əhəmiyyəti artacaq. Fərqli ekosistemə malik olan Zəngilan meşələri, çayları, gölləri ilə gələcəkdə turistlərin ən çox ziyarət etdiyi bölgələrdən olacaq. Həmçinin Zəngilanda gələcəkdə ölkənin kənd təsərrüfatına öz töhfəsini verməsi gözlənilən “Dost Aqropark” lahiyəsi çərçivəsində pilot layihələr həyata keçirilir.

 Zərdab rayon Dəkkəoba  kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov

 

 

Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib

Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan və bütün XIX əsr boyunca davam etdirilmiş köçürülmə prosesi nəticəsində ermənilərin Qarabağın dağlıq hissəsində süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur. Ermənilərin ən böyük iddiası Qarabağı və Zəngəzuru ələ keçirmək idi. Ermənistan hökuməti işğal planlarını həyata keçirmək məqsədilə oraya silahlı qüvvələr göndərdi. Nəticədə, Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərlə yaşayış məntəqəsini dağıtdı, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etdi. 1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane oldu. Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Respublikasının ərazi iddialarını qəti şəkildə rədd etdi.

Azərbaycan parlamenti “Qarabağ” məsələsini müzakirə edərək separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı. Azərbaycan hökuməti orada qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin. Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və Azərbaycan ərazilərinə öz qoşunlarını göndərərək azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən sonra yenidən ortaya atıldı. Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Bundan sonra Azərbaycan xalqına ən böyük etnik təmizləmə siyasəti 20 Yanvar və Xocalı faciəsində olmuşdur. Burada qoca, qadın, uşaq demədən fəhşicəsinə qətl edilmişdi. Xalqımız bunu unutmadı və unutdurmadı və ikinci Qarabağ müharibəsi nəticəsində öz intiqamını aldı və ədaləti bərpa etdi.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki