Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
FHN-dən “Qanunla.az”a verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.