image-qanunla-reklam
image-89507741

Canımız Türkiyə, Hər zaman yanınızdayıq!

image-lady-day-az

Bir kibrit çöpü qədər idi hər şey. Bəli, məhz o kibrit çöpü qədər vicdanı  olmayan insanların əlində idi bu məsum insanların həyatı. Tək bir qığılcım ilə cəhənnəmə çevirdilər dünyalarını.  Hər şey bu qədər asan və sadəmi idi?  Əsrlərin zəhməti olan bu gözəllikləri məhv etmək tək bir atəşə baxırmış. Kim qıya bilərdi axı tək baxışla  belə ruhunun dincəldiyi yerləri saniyələr içində məhv etməyə. Ancaq qıydılar… Türkiyəmizi, vətənimizi atəşə verərək canımızı yandırdılar, ruhumuzu söküb atdılar. Buna can dayanmaz, səbr çatmaz. Türkiyə alovlarla mübarizə apararkən Azərbaycan da canı ilə qanı ilə bu mübarizənin içərisindədir. Bu ölkələr yarandığı andan etibarən mübarizə ilə var olmuşdur. Biz Türkük və mübarizə üçün doğulmuşuq. Əzmimizə bütün dünya bələddir. Bizi tək bir atəş ilə yıxa biləcəklərini mi düşündülər?! O alovların heç gücü çatarmı ki, Türkiyə kimi güclü bir dövləti sarsıtmağa?! Türkiyə ədaləti haqq ədalətidir. Əlbəttə ki, Türk xalqının əsrlik tarixinə şahidlik etmiş, ağrısına-acısına, sevincinə, zəfərinə ortaq olmuş həmin 197 meşəni və həmçinin minlərlə ağacı heç gözünü belə qırpmadan atəşə verib məhv edənlər ən ağır şəkildə cəzalanacaqdırlar. Türkiyə ədalətinin gücünə şübhə duymaq olmaz.
Azərbaycan da bu ağrılı günlərdə Türkiyə dövlətini və Türk qardaşlarını bir an belə olsun tək qoymadan hər cür əlindən gələn dəstəyi də əsirgəməməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təlimatı ilə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti-3-cü qrupu da artıq qardaş Türkiyəyə dəstək üçün fəaliyyətdədir. Bu qrupda 40 ədəd yanğınsöndürmə texnikası, bir ədəd “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir. Bu dəstək Azərbaycan Türkiyə qardaşlığının təcəssümüdür.
Dualarımız davam edən yanğınların ən tez müddətdə sönməsi üçündür. Allahın nəzəri can Türkiyənin üzərində olsun. Allah Türk xalqını qorusun!
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının məsləhətçisi

Aytac Məhərrəmli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki