Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova nazirliklərdən birində çalışıb.
Bu barədə sənətçinin nəvəsi Rəfiqə bildirib. Belə ki instaqram izləyicilərindən biri ona “Ananınız universitetdə işləyib?” sualını ünvanlayıb.
O isə cavabında anası Xatirə Məmmədovanın əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışdığını deyib.
Rəfiqənin özü isə hazırda İnformasiya Texnologiyaları üzrə təhsil alır. O, bir müddət əvvəl sevib-seçdiyi bəylə nişanlanıb.