image-qanunla-reklam
image-1681882460_1639120441-bicaq

Çayxanada dava düşdü – 1 nəfər bıçaqlandı

image-lady-day-az

Saatlıda kişi öz həmkəndlisini bıçaqlayıb.

Qanunla.az-ın məlumatına görə, 18.04.2023-cü il tarixdə saat 20 radələrində 1986-cı il təvəllüdlü Saatlı rayonu Əlisoltanlı kənd sakini Məhərrəmov Baloğlan Vaqif oğlu yaşadıqları kənddə yerləşən çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğlunun bədəninin müxtəlif nahiyyələrinə bıçaqla vuraraq ona qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası (nazik bağırsağın zədələnməsi), sol bazu, sağ qoluqaltı və sağ dirsək oynağının kəsilmiş yaraları xəsarətlərini yetirib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində 19 aprel 2023-cü il  tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki