image-qanunla-reklam
image-media-1633342471-ilham_-620x403-jh4sgr68twvbcmo07nup

Cəbrayıl rayonu düşməndən alındı

image-lady-day-az

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda, kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Fizuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olub. Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun adamlarına məxsus olub. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşları, digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft daşlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 71 kitabxana vardı.Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhri şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunmuşdur. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən,təbii minerallarla dolu bulaqlar vardır.Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir.Onlardan Dağkumaş kəndi yaxınlığında yerləşən ,,Divlər sarayı” mağarası, Qalacıq kəndindəki ,,Məscid təpəsi”, ,,Canqulu” və ,,Qum təpə” kurqanları, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsidən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, onlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir.
Cəbrayıl aşıqlarının ulu babası sayılan aşıq Qurbanın,aşıq Pərinin, Muğrum Kərimin, aşıq Humayın, aşıq Abdullanın və bu kimi el sənətkarlarının vətənidir.Cəbrayıldan 7 nəfər Sosialist Əməyi Qəhrəmanı, 1 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layıq görülmüşdür. Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdir.1050 kv.km. əhatə edən,52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərlə birlikdə 72 ümumtəhsil məktəbi,8 xəstəxana,132 tarixi abidə,150 mədəniyyət ocağı,100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı,vəhşicəsinə dağıdıldı.Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş,191 nəfər əlil olmuşdur,6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 llik əsarətdən sonra işğaldan azad olundu.4 oktyabr 2020-ci ilə qədər Ermənistan Silahlı Quvvələri Cəbrayılda aşağıdakı ərazilərə nəzarəti itirib: Cocuq Mərcanlı, Böyük Mərcanlı, Nürgar, Mehdili, Aşağı Maralyan, Şəybəy, Huycaq kəndləri, Cəbrayıl şəhəri. Artıq Cəbrayıllıların torpaq həsrətinə də birdəfəlik son qoyuldu və onların öz torpaqlarına qayıtmaları üçün işğaldan azad olunmuş Cəbrayılda da yeni həyatın bərpası üçün sürətlə quruculuq və abadlıq işləri görülür.Qarabağ bizimdir!Qarabağ Azərbaycandır!

Abbasova Brilyant,
Saatlı rayon Məzrəli kənd tam orta məktəbinin biologiya müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki