image-qanunla-reklam
image-fuzuli-cebrayil-bina

Cəbrayılda 48 evin tikintisinə 8 milyon xərclənəcək

image-lady-day-az

Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə 8 milyon manata yaxın vəsait xərclənəcək.

Qanunla.Az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi Ağa-EE İnşaat MMC olub.

Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə imzalanıb.

Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat təşkil edir.

Qeyd edək ki, AĞA-EE İNŞAAT MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı nizamnamə kapitalı isə 10 manatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki