Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır.
Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub – qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon haqqında İran tarixçisi Həmdullah Qəzvininin ( XIII-XIV əsrlər ) , Azərbaycan tarixçiləri A. Bakıxanov , Əhməd bəy Cavanşir , Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində dəyərli məlumatlara rast gəlmək olur. Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Məhz ibtidai insan da bu ərazidə yaşamışdır. Belə ki, məşhur Azıx mağarasının Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda Dağtumas kəndi yaxınlığındakı “ Nəfəsli dərə “ deyilən ərazidə yerləşən “ Divlər sarayı” mağarasından tapılmış yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olması bunu deməyə əsas verir. Rayonun adı mərkəz olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını VIII əsrdə yaşamış Cəbrayıl ata qoymuşdur.O , Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuşdur. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Cəbrayıl rayonunun ərazisi sement, mərmər , mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi , hətta neft yataqlarının olduğu da məlumdur. Rayonun ərazisindəki türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən—nəslə ötürülmüş canlı tarixdir. Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdən biri olan Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Təəssüf ki, Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi , dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran rəşadətli Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad edilib. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Cəbrayıl 44 günlük Vətən müharibəsində azad edilən ilk rayon olub. Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub.Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra—2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.
Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur.
Vətən müharibəsinin başa çatmasından sonra ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilən ərazilərə çoxsaylı səfərləri baş tutub. Hər bir səfər yeni-yeni sənaye, sosial və digər obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasimləri ilə yadda qalıb. Bu ərazilərdə keçirilən mərasimlər və məskunlaşan insanlarla görüşlərdə ölkə rəhbərinin çıxışları, bu zaman verilən bəyanatlar dünya mətbuatının diqqət mərkəzində olub. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə növbəti səfəri oktyabrın 3-4-də, bu il ininci dəfə qeyd edilən Cəbrayıl Şəhər Günü ərəfəsində baş tutub. Ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bölgənin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyan tədbirlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar”. Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən görüşdə cənab Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu bildirib. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. “O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, – deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb. Öz çıxışında dövlətimizin rəhbəri bu fikirləri səsləndirib ki: “Bizim Qələbəmiz əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir”. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki: “Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”.
Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.
Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.
44 gündə 30 ilin işğalına son qoymaq özündə bütün məqamları ehtiva edir. Hər zaman Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən “Hücum!” əmrini gözləyən rəşadətli ordumuzun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq, şücaət, yazdığı Zəfər tarixi dünyaya səs saldı. Müharibənin başlandığı gündən cəbhədən gələn xoş xəbərlər hər birimizi sevindirdi, işğala son qoyulacağına inamı daha da artırdı. Qeyd etdiyimiz kimi, Cəbrayıl ilk azad edilən şəhərimiz oldu. Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrini daha da ruhlandırdı, hər an irəliyə doğru addımlayaraq 44 günün hər gününü tariximizə Zəfər səhifələri kimi yazdı. Şəhər və kəndlərimizi, küçə və meydanlarımızı Azərbaycanın üçrəngli bayrağı bəzədi. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu çatdırdı. Artıq bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildikləri günləri qeyd edirik. Bununla bərabər, onların işğalını da unutmamalı, tariximizin hər bir səhifəsinin indiki və gələcək nəsillərə çatdırılmasına çalışmalıyıq. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində bu rayona 13,928 milyard ollar məbləğində ziyan dəyib. 1050 kv. km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dağtumas kəndinin yaxınlığında yerləşən Divlər sarayı mağarası, Qalacıq kəndindəki Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar. Tarixi Zəfərimizdən ötən 4 ildə işğaldan azad edilən digər ərazilərimiz kimi, Cəbrayıl rayonu da özünün dirçəliş dövrünü yaşayır. Qarabağ probleminin tarixə qovuşmasından dərhal sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaradır. İlk səfər 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə edildi. Dövlət başçısının hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ötən dörd ildə cənab İlham Əliyev Cəbrayıla 10 səfər edib. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər son dörd ildə görülən işlərin əsasında dayandı. Həmin görüşdə “Cəbrayıla xoş gəlmisiniz!” müraciətinin davamı olaraq cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.
Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.