Cəlilabad rayonu, Sərhədabad kəndində ümumi sahəsi 112 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları, ev əşyaları 10 m² sahədə və 4 ədəd pəncərə çərçivəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.