image-qanunla-reklam
image-1637257772-ba2f048b-7726-3344-b91c-f01d990e193e_850

Cəlilabadda oğurluq edən şəxslər SAXLANILDI

image-lady-day-az

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şabanlı kənd sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyev saxlanılıb. Onun həmin evdən 4 000 manat pul, əlavə olaraq 2 800 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurladığı müəyyən edilib.

Cəlilabad polisinin keçirdiyi digər əməliyyat tədbirləri ilə rayonun Qarazəncir kəndi ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb. Onlar gecə saatlarında həmin mağazadan 1 ədəd notbuk, 900 manat dəyərində tütün məmulatları, 300 manat pul və 1 ədəd qol saatı oğurlayıblar. Oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mətləb Verdiyev və Elbrus Bağırov saxlanaraq istintaqa təqdim ediliblər.

Faktlarla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki