image-qanunla-reklam
image-1617028282512345291_1000x669

Cəlilabadda Şəhid Rusif Kazımovun Xatirəsi Anılıb

image-lady-day-az

Martın 29-u Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Kazımov Rusif Yusif oğlunun doğum günüdür.

XəbərAl.az xəbər verir ki, bu münasibətlə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhidin atası, müəllimləri, qazilər və yaxınları xüsusi karantin rejiminin tələblərinə riayət etməklə igid döyüşçünün Uzuntəpə kəndindəki məzarını ziyarət ediblər.

Anım mərasimində şəhid Rusif Kazımovun məzarı önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub.

Mərasim iştirakçıları cəsur döyüşçünün Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışaraq, onun 24 illik ömür yolunun gənclərə örnək olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, Rusif Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. İlk təhsilini 2003-cü ildə doğulduğu kənddə, şəhid Eldəniz Yusubov adına tam orta məktəbdə alan R.Kazımov IX sinfi başa vurduqdan sonra sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. O, hərbi liseyi müvəffəqiyyətlə başa vuraraq, Ali Hərbi Akademiyaya daxil olub. Vətən müharibəsində xüsusi təyinatlıların kəşfiyyat qrupunda xidmət edən R.Kazımov noyabrın 4-dən 5-nə keçən gecə Şuşa yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kazımov Rusif Yusif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki