Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq.
Qanunla.Az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
İtaliya “İnter”i İspaniyada “Atletiko Madrid”in qonağı olacaq. İlk oyunda Milan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Eyni saatda “Borussiya Dortmund” doğma meydanda Niderlandın PSV kollektivini qəbul edəcək. Komandalar arasında ilk görüş qollu sülhlə yekunlaşıb – 1:1.
Qeyd edək ki, daha əvvəl “Bavariya”, PSJ, “Real Madrid”, “Barselona”, “Arsenal” və Mançester Siti” komandaları adlarını 1/4 final mərhələsinə yazdırıblar.