image-970_50
image-1622527956_a51ce322-c9a0-3d0d-b231-d492a3f51daf_850

Çempionlar Turu: Rəcəbovun qazancı 100 min dollara çatır

image-728_90
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun ilk 6 raundundan sonra turnir cədvəli açıqlanıb.
“The FTX Crypto Cup” adlı VI mərhələdə 4-cü yeri tutan Teymur Rəcəbov 133 xalla 3-cü pillədəki mövqeyini qoruyub.
Son turnirin təsnifat mərhələsini 10-cu sırada bitirən Şəhriyar Məmmədyarov isə 21 xalla yekun cədvəldə 10-cudur.
Rəcəbov 6 mərhələdən 98 500 ABŞ dolları, Məmmədyarov isə 18 500 ABŞ dolları qazanc əldə edib.
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub. Şəhriyar Məmmədyarov isə V mərhələni üçüncü pillədə başa vurub.
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki