image-qanunla-reklam
image-35c4dc8e-e8c7-470b-88b6-22fe30261949

Cənab Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya vacib mesajlar verdi! – Elşən Əzizov

image-lady-day-az

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV BU MÜSAHİBƏ İLƏ DÜNYAYA VACİB MESAJLAR VERDİ!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində çıxışı və “Euronews” telekanalına verdiyi müsahibə bu mötəbər tədbirin parlaq məqamlarından biri oldu. Dünya getdikcə daha çox geosiyasi qeyri-sabitlik burulğanına qərq olduğu bir vaxtda cənab Prezident İlham Əliyevin sözləri sağlam düşüncə və məsuliyyətin səsi kimi səsləndi. O, təkcə mövcud çağırışları səsləndirmədi – həm də onların aradan qaldırılması yollarını göstərdi, dialoqun, kompromisin və müdrik liderliyin əhəmiyyətini vurğuladı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub.Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Azərbaycanın dövlət başçısının forum çərçivəsində “Euronews” telekanalına verdiyi müsahibəsindəki məqamlara nəzər salaq. Cənab Prezident İlham Əliyev: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq. Hazırkı şəraitdə Azərbaycan regionda sabitliyin qorunması və əməkdaşlıq imkanlarının yaradılması üçün fəal rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün əsas platformalardan biridir. Azərbaycan regional iqtisadi layihələrə açıq şəkildə dəstək verir, nəqliyyat və enerji dəhlizlərinin açılması üçün təşəbbüslər irəli sürür. Zəngəzur dəhlizinin reallaşması bu baxımdan strateji əhəmiyyət kəsb edir və regionun təhlükəsizliyi ilə yanaşı, iqtisadi inkişafına da mühüm töhfə verə bilər. Dövlət başçısının açıqlaması beynəlxalq münasibətlərin reallıqlarını və müasir geosiyasi dinamikaları dəqiq təsvir edir. Münaqişələrin həlli və uzunmüddətli sabitliyin təmin edilməsi məsələsində hədsiz nikbinlik əvəzinə realist yanaşmanın zəruriliyi vurğulanır. Tarixi təcrübə göstərir ki, müharibələrin formal olaraq dayandırılması sülhün tam bərqərar olması anlamına gəlmir. Sülhün dayanıqlı olması üçün əsas şərtlərdən biri hərtərəfli və hüquqi əsaslara söykənən sülh sazişinin imzalanmasıdır. Bu kontekstdə Azərbaycanın 30 ilə yaxın davam edən Ermənistanla münaqişə təcrübəsi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar xüsusi diqqət çəkir. Cənab Prezident İlham Əliyev, Azərbaycan üçün əsas məqsədin növbəti hərbi qarşıdurmaları istisna edən əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılması olduğunu vurğuladı. Bu təhlükəsizlik mexanizmləri, təkcə Cənubi Qafqazın deyil, bütün regionun stabilliyini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Prezident, Sovet dövründə Cənubi Qafqaz respublikaları arasında müəyyən bir əməkdaşlıq mühitinin olduğunu və bu təcrübədən yararlanmağın vacib olduğunu bildirdi. Bu gün Avropa mətbuatı insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur və dünyanın üçüncü ölkələrinə necə yaşamağı öyrətməyə çalışır. Lakin Avropanın hər hansı bir dövlətinin törətdiyi qanlı hadisələr barədə heç nə yazılmır. Qərbin demokratiya gətirdiyi Suriya, İraq, Liviya, Əfqanıstan və başqa dövlətlərin vəziyyəti göz qabağındadır. Demokratiya adı altında hərbi müdaxiləyə məruz qalan bu dövlətlərin iqtisadiyyatı və siyasi quruluşu dağıdıldı, əhalisi qaçqın düşdü, sərvətləri isə talan edilir. Bu günkü reallıq ondan ibarətdir ki, bəzi ölkələrin apardığı ikili siyasət və ədalətsiz yanaşmalar dünya nizamının artıq mövcud olmadığının sübutudur.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədri

Elşən Əzizov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki