image-970_50
image-16398285363464057661_1000x669

Cənab Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib

image-suni_mayalanma_qiymeti

Cənab Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.

 

İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Uzun İllər  Azərbaycanın tarixi mahalı olan Zəngəzur da erməni işğalçılıq siyasətinin qurbanına çevrilib. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə, Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi.
Qarabağ münaqişəsindən əvvəl Zəngəzur dəhlizi isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub. Bu gün Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək.
Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu dəhliz Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.
Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının təsis olunmasını şərtləndirib. Ümumiyyətlə, yeni təsnifat Qarabağın iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq. Xüsusən nəzərə alınmalıdır ki, Şərqi Zəngəzur Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyəyə çıxış imkanı əldə edəcək. Bu isə Şərqi Zəngəzur iqtisadi rayonunun, həm də strateji, coğrafi baxımdan əhəmiyyətini göstərən amillərdən biridir. Bu dəhliz Azərbaycanda iqtisadi inkişafın sistemliliyi və dayanıqlığını təmin etmək baxımından vacib olmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha geniş şəkildə istifadəsinə imkan verəcək. Bu da təbii ki, həmin ərazilərimizdə iqtisadi inkişafa daha qısa zamanda nail olunmasını şərtləndirəcək.
Bu gün Qarabağda geniş miqyasda bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası diqqətdə saxlanılır. Həm Qarabağda, həm Şərqi Zəngəzurda yeni elektrik xətləri, həmçinin ötürücü xətlər çəkilir, transformatorlar, yarımstansiyalar qurulur. Bütün bunlarla yanaşı, yol infrastrukturunun da bərpasına mühüm önəm verilir. Müharibədən sonra bu istiqamətdə başlanan işlər bu gün sürətlə davam etdirilir.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlanan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb

Biz artıq Qarabağımıza qovuşmuşuq və bu düşmən tapdağı altında xarabazarlığa çevrilən vətən torpağını yenidən bərpa etmək, ona yeni nəfəs, ruh vermək istiqamətində sistemli və planlı şəkildə quruculuq və abadlıq işlərinə start verilmişdir.
Ali Baş Komandan öz çıxışında qeyd etmişdir: Biz öz tarixi torpaqlarımızı unutmamalıyıq, unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlarımıza qayıtmalıyıq. Bunu gənc nəsil də, dünya da bilməlidir. Bu bizim siyasi və strateji hədəfimizdir və tədricən bu hədəfə yaxınlaşmalıyıq.
Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün yeni tarixin başlanğıcı olmaqla yanaşı, həm də ədalətin bərpasıdır. Bu dəhlizin açılması türk dünyasının coğrafi birləşməsidir. Eyni zamanda iqtisadi, siyasi, mədəni və mənəvi baxımdan da önəmi böyükdür. Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün də mühümdür.
Zəngəzur dəhlizinin açılması milli hədəfdir, milli məqsəddir və biz öz məqsədimizə çatacağıq.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini

 

PREZİDENT İLHAM ƏLİYEVİN İTALİYANIN “İL SOLE 24 ORE” QƏZETİNƏ MÜSAHİBƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.
Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İL Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə üzləşdiyimiz siyasi riyakarlığı, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar siyasətini dünya birliyinin diqqətinə bir daha çatdırdı: “Əgər Minsk qrupunun həmsədrləri-dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?”
Dövlətimizin başçısı çıxışında Cənubi Qafqazda postmüharibə vəziyyətinə toxunaraq, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu, ölkəmizin bütün səylərinin regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıdığını da deyib: “Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”.
Prezident İlham Əliyev birgə mətbuat konfransında Zəngəzur dəhlizinin hüquqi rejimi barədə də mövqeyini açıqlayıb. Dövlətimizin başçısı sözügedən nəqliyyat kommunikasiyasının Laçın dəhlizi ilə eyni rejimdə olmasının zəruriliyini xüsusi vurğulayıb: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması…”. Bəli, bu, Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi məsələsinə ədalətli və obyektiv, eyni zamanda, birmənalı yanaşmasıdır. Qarşı tərəf  Ermənistan da belə bir mövqe nümayiş etdirərsə, şübhəsiz ki, regional nəqliyyat əlaqələrinin inteqrasiyası, həqiqətən, region üçün böyük imkanların açılması ilə nəticələnə bilər. Burada, əlbəttə, söhbət sözügedən dəhlizin təkcə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına çıxışının reallaşmasından getmir, həm də Ermənistanın muxtar respublika vasitəsilə İranla dəmiryolu əlaqəsinin gerçəkləşməsi nəzərdə tutulur. Başqa sözlə, bununla Ermənistan da Naxçıvandan keçməklə İranla dəmiryolu əlaqəsi əldə edir. Eyni zamanda, bu ölkə Azərbaycan ərazisi üzərindən Rusiya ilə dəmir yolu əlaqəsini də reallaşdırır. Belə bir nəqliyyat kommunikasiyasına nail olmaq isə regionun simasının yenilənməsinə, inkişafına gətirib çıxarar və bu müstəvidə region ölkələrinin hər biri yüksək səviyyədə faydalanar.
Sonda Brüsseldə Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşünün bəzi məqamlarına diqqət yetirək. Konstruktiv mühitdə keçən bu görüşdə bir sıra önəmli məsələlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi, Aİ-nin bu istiqamətdə respublikamıza texniki yardım göstərməyə hazır olması, Ermənistan–Azərbaycan dövlət sərhədinin delimitasiyası məqsədilə hər iki tərəfin iştirakı ilə müvəqqəti işçi qrupun yaradılması barədə razılığa gəlinməsi, eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ermənistan tərəfi öz ərazisindən dəmiryolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edərək, bu layihənin icrasına tezliklə start verəcəyini bildirib və burada gömrük və sərhəd nəzarət prosedurunun qarşılıqlı prinsip əsasında reallaşacağı barədə razılığa gəlib. Avtomobil yolu marşrutunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin isə davam etdiriləcəyi nəzərdə tutulub. Bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyini təsdiqlədiyini nümayiş etdirir.

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

İTALİYA DÜNYA MİQYASINDA AZƏRBAYCANIN ƏN YAXIN TƏRƏFDAŞLARINDAN BİRİDİR

Prezident İlham Əliyevin ötən həftə Belçika Krallığının paytaxtı Brüsselə baş tutan səfəri regionun gələcəyinin müəyyən edilməsi baxımından əlamətdar  olmaqla yanaşı həm də ölkə başçımızın beynəlxalq media  nümayəndələrinə verdiyi müsahibələrlə yaddaqalan oldu.
İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verən dövlət başçımız regionun gələcəyi, Azərbaycan-Ermənistan əlaqələrinin perspektiv inkişafı, Avropanın qaz təchizatı marşrutlarının şaxələndirilməsinə Azərbaycanın verə biləcəyi töhfə, Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, bunun region ölkələri üçün perspektivləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti  və daha bir çox istiqamətlər üzrə olduqca vacib fikirlər səsləndirdi.
Ölkə başçımızın xüsusilə, “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəyə yaxından nəzər salsaq burada ilk olaraq diqqət çəkən nüanslardan biri kimi Azərbaycan – Italiya əlaqələrinin mahiyyətinin ölkə başçımız tərəfindən xarakterizə edilməsi olduğunu görürük. Azərbaycan Prezidenti iki ölkənin əlaqələrini yüksək qiymətləndirərək, İtaliyanın Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayan 9 Avropa İttifaqına üzv ölkədən biri olduğunu, eyni zamanda, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu bəyan etmişdir.
Müstəqillik illərində İtaliya Azərbaycan iqtisadiyyatına, Azərbaycan isə İtaliyaya milyonlarla dollar həcmində sərmayə yatırıb. İki ölkənin əlaqələrindəki dinamizmi artıran əsas nüans isə şübhəsiz ki, Cənub Qaz Dəhlizi layihəsinin icra olunması ilə Azərbaycanın İtaliyanın mühüm qaz təchizatçılarından birinə çevrilməsi oldu. Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan qazını yeni alan ən böyük istehlakçı ölkə İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstan gəlir.
Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın 44 günlük şanlı Vətən müharibəsindən sonra dörd Lüksemburq böyüklüyündə ərazinin yenidən qurulması və bərpası işində sadəcə dost ölkələri cəlb edəcəyini bəyan etməsi və bu işdə ilk tərəfdaş ölkələrdən biri kimi İtaliyanın aktivlik nümayiş etdirməsi əlaqələrimizin dərinliyi və mahiyyəti baxımından hərkəs üçün ciddi mesajdır. Bu gün İtaliya şirkətlərinin işğaldan azad olunmuş Qarabağda görülən işlərə cəlb olunması, o cümlədən, mədəniyyət beşiyimiz, hər bir azərbaycanlı üçün xüsusi məna kəsb edən Şuşa şəhərində tarixi abidələrin və məscidlərin bərpasında iştirakı İtaliyanın Azərbaycanın ən yaxın tərdaşlarından biri kimi qəbul edildiyinin göstəricisidir.

XANIM İMANOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

AZƏRBAYCAN XALQI MİNSK QRUPU ÜÇLÜYÜNÜN DAİMİ SƏFƏRLƏRİNDƏN YORULMUŞDU

Prezident İlham Əliyev ötən həftə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək məqsədilə Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə getmiş və səfər çərçivəsində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verərək Azərbaycan reallıqlarının dünyaya çatdırılması, Azərbaycan – Ermənistan əlaqələrinin gələcək inkişafı, Zəngəzur dəhlizi, ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynaya biləcəyi rol və daha bir çox məsələlərlə bağlı açıqlamalar vermişdir. Müsahibə əhatəliliyi və verilən sualların mahiyyəti etibarilə xüsusi diqqət tələb edir.
Müsahibədə diqqət çəkən başlıqlardan biri ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı oldu. Əslində sözügedən qrupun Azərbaycan xalqının nəzərində hansı imicə malik olması hərkəsə aydındır. ATƏT-in Minsk qrupu illərlə sadəcə turist olaraq bölgəyə səfər edən, münaqişənin gedişində faktiki olaraq heç bir rol oynamayan, hətta daha da pisi oynamaq istəməyən uğursuz siyasi quruluşdur. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi olan ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü və 3 nüvə dövlətidir, onda necə inanmaq olar ki, onlar Ermənistan kimi zəif iqtisadiyyata maik “dalan” ölkəni sülhə məcbur edə bilmədilər. Sadəcə olaraq, onlar bunu istəmirdilər. Fəaliyyətdə olduqları 28 il boyunca onlar münaqişəni həll etməkdən daha çox, stasus-kvonun saxlanılmasına yönələn siyasət ilə diqqət çəkdi və bu təbiidir ki, ölkəmizdə narazılıqlarla müşahidə olundu. Müsahibə zamanı cənab İlham Əliyev bildirdi ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı fikri Azərbaycan xalqının fikrindən fərqlənmir. Əlavə olaraq, dövlət başçımız çıxışında məsələnin sülh yolu ilə həll olunması üçün Ermənistanı məcbur etmək məqsədilə ona qarşı sanksiyaların tətbiq olunmasının vacibliyi ilə bağlı dəfələrlə fikir səsləndirdiyini xatırlatdı və bildirdi ki, bu, müəyyən ölkələrə qarşı tətbiq olunub. Ancaq təəssüf ki, Ermənistan bu mənada istisna təşkil etdi. Təbii olaraq cəzalandırılmamaq işğalçını daha da cəsarətləndirdi və nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarını düşmən işğalından xilas etmək üçün yüzlərlə, minlərlə gəncin ölümü ilə nəticələnən müharibəyə məcbur oldu. Müharibənin baş verməsinə və itkilərə görə Ermənistan hökuməti bilavasitə məsuliyyət daşıyır. Ancaq, Ermənistan qədər ona dəstək olan havadarları da bu məsuliyyəti daşımalıdır. Əgər vaxtında Ermənistan cəzalandırılsaydı onda bu qədər azğınlaşmaz, Azərbaycanı “yeni torpaqlar üçün yeni müharibə” ilə hədələməyə cürət etməz, azərbaycanlıların heysiyyatına toxunacaq addımlar atmağı özündə haqq görməzdi. Beləliklə, işğalçıya qarşı tətbiq olunan ikili standartlar nəticədə müharibə və itkilərlə nəticələndi. Maraqlıdır ki, dünya bütün bunlara şahid olsa da yenə də ədalətsizlikdən, ikili standartlardan əl çəkə bilmir. Beləliklə, ölkəmizə qarşı növbəti ədalətsizlik Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə ayırdığı vəsaitlərin miqdarında da özünü göstərdi. Avropa İttifaqı, ərazisində müharibə aparılan, yüz minlərlə mina basdırılan, bütün mədəni-tarixi abidələri yerlə-yeksan olunan, infrastrukturu məhv edilən və nəticədə 10.000 kvadrat kilometr ərazisi yenidən qurulmağa ehtiyacı olan Azərbaycana 140 milyon, işğalçıya-ərazisi heç bir dağıntıya məruz qalmayan Ermənistana isə 2,6 milyard dollar həcmində vəsait ayırıb. Təəccüblü faktdır. Bunun nə ilə əsaslandırmaq, izah etmək olar? Yəqin ki, ortaya qoyulan heç bir səbəb bu absurd yanaşmanı açıqlamağa kifayət etməz. Beləliklə, Azərbaycan bu məsələdə vahid standartlara əsaslanan yanaşma istəyir. Ümid edirik ki, ədalət öz yerini tapacaq.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir

Prezident cənab İlham Əliyev müsahibəsində deyib ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir: “Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələnmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik”.
Ölkə rəhbərinin bu bəyanatı onu göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır, ikitərəfli münasibətlər də yüksəlməyə doğru gedir. Avropa İttifaqı “Avropanın barıt çəlləyi” adlandırılan Balkanlardakı münaqişənin həllində müsbət təcrübəyə malikdir. Məhz bu təcrübədən çıxış edərək, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında post-münaqişə dövrünün problemlərinin aradan qaldırılmasında mühüm töhfə verə bilər. Artıq münaqişə həll olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilib. Yaranmış yeni reallıqda Azərbaycan və Avropa İttifaqı bir çox məsələdə əməkdaşlıq edə bilər. Onsuz da Azərbaycanın Avropa strukturları, o cümlədən Avropa İttifaqı ilə normal münasibətləri var. Azərbaycan Avropa İttifaqının üzvü olmasa da, onların arasında yaxşı əməkdaşlıq mövcuddur. Bu gün Avropa İttifaqı ilə əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bundan başqa, Avropa İttifaqının rəsmiləri dəfələrlə bəyan edib ki, qurum Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə yardım etməyə hazırdır.

Şəhla Eminova –əməkdar müəllim

 

Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqı fal təşəbbüslərlə çıxış edir. Avropa İttifaqının sülh prosesinə dəstəyinin çox önəmli olduğuna görə, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə tədbirləri həyata keçirilir və bu prosesə Avropa İttifaqı da öz dəstəyini verə bilər: “Rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb. Cənab Prezident müsahibəsində deyib ki, Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Bununla belə, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyon dollar olması ədalətli deyil. İtaliya qəzetinə verdiyi müsabisəində dövlətimizin başçısı bu barədə ölkəmizin haqlı mövqeyini ifadə edib. Cənab Prezident deyib: “Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur”.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uöurlu xarici siyasəti nəticəsində İtaliyaya dövləti ilə ölkəmiz arasında münasibətləri yeni tarixi mərhələyə daşımış oldu. Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya aparıcı ölkələrdən biridir. Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var. Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir
Bütövlükdə Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir: “Qarşılıqlı ticarət dövriyyəsi davamlı olaraq artır. İki ölkə arasında potensial imkanların olması və münasibətlərin inkişafi ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühim perspektivlər vəd edir. İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O cümlədən İtaliya Prezidenti ilə Azərbaycan Prezidentinin son görüşündə də hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini bəyan etməsi, ümumi bəyannamdə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsinin qeyd olunması, bundan sonrakı mərhələdə də İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirməklə yanaşı, həm də digər Avropa İttiqfaqına üzv olan ölkələr üçün yaxşı bir nümunə olacaq”.
Azərbaycanın həyata keçirdiyi meqa layihələrlə İtaliya arasında körpülər yaranıb. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti, yəni TAP hissəsi İtaliya ərazisində yekunlaşır və bu iki ölkə arasında yeni münasibətlər yaratmış olur. Çünki Azərbaycandan Avropaya istiqamətlənən qaz kəməri İtaliyada sona çatır və daha sonra bütün Avropaya şaxələnməsi planlaşdırılır. Bu da özlüyündə yeni iqtisadi-siyasi iqlimin formalaşmasına səbəb olacaq və həmçinin kəmər üzərində olan bütün ölkələrlə Azərbaycanın münasibətlərinə müsbət təsir göstərəcəkdir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb

30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi regional iqtisadi inteqrasiya və təhlükəsizliyə ciddi problem yaradırdı. ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesi, İrəvanın danışıqlar prosesinin onilliklər ərzində inkişaf etdirdiyi əvvəl əldə edilmiş razılaşmalar və prinsiplərdən imtina etməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı. Nəticədə artan gərginlik və təxribatlar 44 günlük müharibə kimi tarixə düşən Azərbaycan ordusunun genişmiqyaslı hərbi əks hücumuna gətirib çıxardı.
44 gün davam edən İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Sənədə əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytarmağı öhdəliyinə götürdü, Azərbaycan isə Ermənistanla Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər arasında humanitar əlaqə kimi istifadə edilməli olan Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət verdi.
Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpası və bölgədəki bütün infrastrukturun inkişafı üzrə genişmiqyaslı proqrama start verib. Bu prosesdə bir çox beynəlxalq şirkətlər iştirak edir. Bu şirkətlər bütün zəruri avtomobil yolları, dəmir yollarının və iqtisadi inteqrasiyanın əsas elementləri olan digər infrastruktur obyektlərinin bərpası üçün çalışırlar. Bunu nəzərə alaraq Zəngəzur dəhlizinin fəaliyyətinin təşkil edilməsinin yüksək əhəmiyyəti vardır.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb-liseyin direktoru

 

Avropa İttifaqı regional sülh işinə daha böyük töhfələr verə bilər
“Məlum olduğu kimi, bu gün Cənubi Qafqaz regionunda cərəyan edən proseslər bütün dünyanın, o cümlədən xüsusilə Avropa İttifaqı ölkələrinin diqqət mərkəzindədir. Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycanın yaratdığı yeni regional geosiyasi və geostrateji reallıqlar isə bu proseslərin əsas istiqamətini və dinamikasını müəyyən edir. Avropa İttifaqının bu regiona olan marağı, ilk növbədə, Aİ ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın getdikcə artan rolu ilə bağlıdır. Hazırda XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatdırılır. Bu il yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunub. Gələn il bu rəqəmin 9 milyarda, 2023-cü ildə isə 11 milyarda çatacağı nəzərdə tutulur. Nəzərə alsaq ki, hələ ötən ilin dekabrında, layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır, təbii ki, Avropa belə bir layihənin təhlükəsizliyini həm düşünməlidir, həm də bu təhlükəsizliyin təminatı istiqamətində müvafiq addımlar atmalıdır.
Bu gün Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması artıq yalnız region ölkələrinin və qonşu dövlətlərin deyil, həmçinin bütün Avrasiya məkanı ölkələrinin marağındadır: “ Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması əslində bütün Avrasiya məkanı ölkələrinin marağındadır. Azərbaycan bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən vacib kilid məntəqəsi olmaqla bütün beynəlxalq daşınmaların əsas tranzit məkanıdır. Prezident İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan artıq Avrasiyanın nəqliyyat habına çevrilməkdədir. Ölkəmizdə altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə, müasir magistral yollar var. Ölkəmiz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Bütün hunlar deməyə əsas verir ki, ən yaxın vaxtlarda nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlarından biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir. Təbii ki, bütün bu deyilənlər Avrasiya kimi nəhəng bir məkanı əhatə edəcək inkişaf və irəliləyişlər deməkdir. Məhz buna görə də Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyini və ən əsası da bu prosesin yalnız və yalnız Azərbaycanın maraqlarının, haqlı tələblərinin tam təmin olunması şərtilə həyata keçirməyin mümkün ola biləcəyini qəbul edir.”

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir

Bu gün Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində daha çox səy göstərməklə regional sülhün bərqərar olunması işinə daha böyük töhfələr verə bilər: “Prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir. Lakin bu səyləri daha da artırmaq olar. Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmli amildir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına dair mühüm qərarların qəbul edilməsi də Aİ-nin səylərinin bir göstəricisi kimi qiymətləndirilə bilər. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Bu isə bir daha təsdiq edir ki, Avropa İttifaqı Ermənistana təsirini daha da artırmalıdır.”
Bütün bu proseslərin fonunda Azərbaycana qarşı Avropa İttifaqı tərəfindən bəzi məsələlərdə hələ də ciddi ədalətsizliklərə yol verildiyini qeyd edərək bunları deyib: “Maraqlıdır ki, İtaliya jurnalisti də öz sualında Azərbaycana ayrılan maliyyə paketinin Ermənistanla müqayisədə çox kiçik bir rəqəmlə ifadə olunduğunu etiraf etdi. Məlumdur ki, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə cəmi 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə cəmi 2 milyondur. Bundan əlavə, işğal illəri ərzində Azərbaycanın çox böyük sahədə əraziləri tamamilə dağıdılıb. Bu gün bütün dünyadan gələn rəsmi şəxslər və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Bundan başqa , Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi isə məlumdur ki, olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda isə bu problemlər yoxdur. Çünki Ermənistan işğal olunmayıb, əksinə özü işğalçı ölkədir. Bəs nəyə görə heç bir dağıntıya məruz qalmayan Ermənistana belə böyük vəsait ayrılır? Təbii ki, bu çox böyük ədalətsizlikdir və hələ də davam edən ikili standartlar siyasətinin təzahürüdür.”

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir
Azərbaycan Respublikasının Prezidenti Vətən müharibəsi qələbə ilə bitdikdən sonra dünyanın bir sıra aparıcı media qurumlarına müsahibə vermiş, haqq səsimizi dünyaya çatdırmışdır. Bu dəfə də İtaliyanın məşhur “İl Sole 24 Ore” qəzeti İlham Əliyevdən müsahibə götürmüşdür. Müsahibədə region, eləcə də Azərbaycan üçün əhəmiyyətli olan bir çox məsələlər işıqlandırılmışdır.
Əvvəlcə Prezident müharibədən sonrakı dövrdə iki öllkə arasındakı münasibətlərin normallaşmasında Avropa ittifaqının roluna toxundu. O, qeyd etdi ki, Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmlidir. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.
Müharibə bitdikdən sonra regionun inkişafına təsir edəcək mühüm qərarlar qəbul edildi. O qərarlardan biri dəmir yolu xəttinin çəkilişi idi. Lakin çox vacib olan Bəyanatın bu hissəsinin icrası, təəssüf ki, Ermənistan tərəfindən olduqca ləng gedir. Biz isə artıq işlərə başlamışıq və 2023-cü ildə dəmir yolu xəttinin azad olunmuş ərazilərdən keçəcək olan hissəsi tam hazır olacaq.
Ermənistan tərəfi minaların xəritəsini verməməklə müharibədən sonra da hərbi cinayətlərə davam edir. Belə ki, ötən bir il ərzində 200 nəfərədək vətəndaşımız minalara düşərək həyatını itirmişdir və ya xəsaeət almışdır. Təəssüf ki, minalardan təmizlənmə arzumuz hələ də öz həllini gözləyir. Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycana və Ermənistana ayrılmış yardım paketlərinə də toxunan İlham Əliyev bunun vahid standartlara əsaslanmadığını qeyd etdi. Həm əhali sayı baxımından, həm də dağıntılara məruz qalmaq baxımından bu paketin ədalətsiz və vahid standartlara uyğun olmadığı bildirildi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan xalqı həmsədrlərin səfərlərindən yorulmuşdu.

Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Minalar təmizlənməsə, insanların geri qayıdışını təmin etmək mümkünsüzdür.
Minsk qrupunun fəaliyyətinə də toxunan İlham Əliyev qeyd etdi ki, ötən 28 il ərzində onların fəaliyyəti uğurzuz olmuşdur.
Azərbaycan xalqı həmsədrlərin səfərlərindən yorulmuşdu. Onlar Ermənistana qarşı heç bir sanksiya tətbiq etməmişdilər, onları Azərbaycan ərazilərindən çıxmağa yönəlmiş, məcbur etmiş heç bir addım atmamışdılar. Bu isə onların növbəti ikili standart göstərməsinin açıq nümunəsidir.
Azərbaycan – İtaliya əlaqələrindən danışarkən Prezident bildirdi ki, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə tarixi abidələrin, tikililərin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər
Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Azad edilmiş ərazilərdə İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr mövcuddur.
Sonda nəqliyyat sektoru haqqında danışan İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq.
Həmçinin nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlardan biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir.
Beləliklə, bu müsahibə ilə Prezident İlham Əliyev Avropa oxucusuna regionda gedən proseslər haqqında ətraflı, dolğun, düzgün informasiya ötürmüş və bəzi dövlətlərin Azərbaycana qarşı ədalətli olmayan, demokratik olmayan, ikili standatlara əsaslanan qərarlar qəbul etdiyini onlara bildirmişdir.

Nailə Əliyeva Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki