image-qanunla-reklam
image-boru-kemeri

Cənubi Qafqaz Boru Kəmərinin ötürücülüyü 40 faiz artıb

image-lady-day-az

2021-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 27 milyon dollar, əsaslı xərclər isə təqribən 11 milyon dollar olub.

“BP Azərbaycan”dan Qanunla.Az-a verilən məlumata əsasən, boru kəməri üzrə əməliyyat xərcləri 22,7 faiz, əsaslı xərclər isə 2,2 dəfə artıb.

İlin altı ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları – BP (28,8 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzSCP (10 faiz), NİKO (10 faiz), LUKOYL (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz).

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki