image-qanunla-reklam
image-1624441683-bayramov_lavrov_1

Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə etdi

image-lady-day-az

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb. 

Qanunla.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən xəbər verilib.

Bildirilir ki, onlar Qarabağda humanitar məsələlərin həlli də daxil olmaqla Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini müzakirə edib.

“Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli İşçi Qrupunun regionun münaqişədən sonrakı inkişafındakı mühüm töhfəsi vurğulanıb”, – deyə açıqlamada əlavə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki