image-qanunla-reklam
image-bakues_7513bb7d833306d2939f969df79243f6_gn5pmrlh9k1qi28cjw7t

Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır

image-lady-day-az

Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından  4-cü tərəfdaşdır

Çin Azərbaycanın idxalı baxımından bir nömrəli, ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır  Bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək mühüm tarixi hadisəyə çevrildi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan bir çox razılaşmalar Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Bu səfər, eyni zamanda, Azərbaycanın balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurlu davam etməsinin göstəricisidir. Dövlətimizin başçısının bu cür yüksək səviyyəli səfərləri Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına zəmin yaradır.

Beynəlxalq təcrübədə belə bir ənənə də var ki, bu cür mötəbər səfərlər zamanı dövlət başçılarından müsahibələr götürülür, eksklüziv açıqlamalar alınır. Demək olar ki, bütün dövlət başçıları bu və ya digər ölkəyə rəsmi səfərləri çərçivəsində həmin ölkənin mediasına müsahibə verir. Azərbaycan Prezidenti də Pekinə səfərdən öncə Çinin “Sinxua” agentliyinə, səfər zamanı isə CGTN telekanalına geniş müsahibələr verdi. CGTN (China Global Television Network) telekanalının Prezident cənab İlham Əliyevdən uzun illər Ermənistanın işğalı altında qalmış, 2020-ci ildə azad edilmiş Kəlbəcərin “İstisu”yunun görüntüsü fonunda götürdüyü müsahibə həm Çinin özündə, həm də dünya mediasında böyük maraqla qarşılandı. Bu mənada, Çinin nüfuzlu televiziyasına müsahibənin mənəvi-psixoloji təsir gücü də mühüm əhəmiyyət kəsb edir.
Bu müsahibə ölkə başçısının mühüm mesajları ilə diqqətləri cəlb etdi. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı. Prezident cənab İlham Əliyev bu müsahibəsində ölkəmizin çox güclü təməllər üzərində dayandığını diqqətə çatdırdı.
CGTN telekanalına geniş müsahibəsində Cənab Prezident, həmçinin Azərbaycanın Çinin “Bir kəmər, Bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğunu vurğuladı və eyni zamanda, bu layihə çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların idxal-ixrac daşınmalarına toxunaraq, Çinin hal-hazırda idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşımız olduğunu bildirdi.

Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşdiyini, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsi olduğunu vurğulayan dövlətimizin başçısı, ölkəmizin bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə gördüyünü də sözügedən müsahibəsində açıqladı, Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimizin perspektivlərindən və Qlobal Cənubun üzvü olmağımızdan və onun maraqlarını müdafiə etməyimizdən danışdı. Prezident bildirdi ki, Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır və əlbəttə ki, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı ola bilər.

Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır. Eyni zamanda, Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Çin Azərbaycan tərəfindən Qlobal Cənubun lideri kimi qəbul edilir. Qlobal Cənubun Çin və Azərbaycan kimi ölkələrin səylərini birləşdirərək çoxtərəfli müstəvidə əməkdaşlığı təmin etmək potensialı böyükdür. Bu potensialdan səmərəli istifadə olunmalıdır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki