image-qanunla-reklam
image-india_ordu

Çin sərhədində 200 minlik ordu: ABŞ təzyiqi…

image-lady-day-az

Hindistanın Çinlə sərhəddəki hərbçilərinin sayını artırmasının əsas səbəbi son 10 ildə artan və inkişaf edən Pakistan-Çin münasibətləri ilə əlaqədardır. Rəsmi Pekinin xüsusilə son illərdə Pakistana ayırdığı iqtisadi yardımın həcmində kəskin artım var. Bu da rəsmi Dehlini narahat edir.

Bu sözləri Qanunla.Az-a “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov Hindistanın Çinlə sərhəddəki ordusunu 200 minə çatdırmasını şərh edərkən deyib.

O bildirib ki, Pakistan-Çin əlaqələrinə alternativ olaraq Hindistan da ABŞ-la münasibətlərini inkişaf etirir:

“Bu gün ABŞ-ın Hindistanda 3 hərbi bazası var. Bu bazalar həm də Hindistana xarici təcavüz zamanı onu qorumaq məqsədi güdür. Digər tərəfdən, ABŞ Hindistan üzərindən Çinə təzyiq etmək istəyir. Düşünürəm, Hindistanın Çinlə sərhəddə hərbi mövcudluğunu artırmasının pərdə arxasında Vaşinqton durur. Yəni Vaşinqton Çinlə Hindistan arasında mövcud sərhəd problemindən maksimum dərəcədə faydalanmağa çalışır.

Hindistan da Çin-ABŞ münasibətlərinin gərgin olmasını yaxşı anlayır. Dolayı yolla o da bu gərginlikdən öz maraqları üçün istifadə etmək istəyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki