Çin vətəndaşları üçün viza tələbi aradan qaldırıldı.
Coğrafi baxımdan biri-birindən uzaq olan Çin ilə Azərbaycan biri-birindən uzaq məsafədə yerləşsə də, hər iki xalq arasında tarixən dostluq əlaqələri həmişə mövcud olub. Münasibətlərin yaranmasında tarixi İpək yolu vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin apardığı strategiyanın əsaslarından biri olan Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlıq əlaqələri artıq yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizin xaricdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətdir.
Ötən illərə nəzər yetirsək görərik ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində də müsbət dinamika var. Azərbaycanın müstəqilliyini taniyan ölkələrdən biri də məhz Çin Xalq Respublikasıdır – 27 dekabr 1991-ci il. Çin və Azərbaycan arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Bu müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir. Xüsusilə də 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə səfərindən sonra iki ölkə arasında əlaqələr genişləndirilmiş və həmin səfər ölkələr arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur ki, bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir.
Ölkə başçısı yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib, Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti müsahibəsində ötən il ölkələrimizin strateji tərəfdaşlıq haqqında Bəyannamə imzaladığını xatırladıb. Digər bir məqam isə ondan ibarətdir ki, dövlətimizin başçısı beynəlxalq miqyasda xalqının maraqlarını qoruyan, verdiyi bütün vədləri yerinə yetirən lider kimi tanınır. Jurnalistin sualına cavab olaraq Prezident cənab İlham Əliyev bildirib: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik”.
Müsahibədə Azərbaycan-Çin münasibətləri haqqında ətraflı danışan ölkə başçısı ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bildirdi: “Dünyanın aparıcı dövlətlərindən olan Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmiz münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha da yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə, regional sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi rəsmi diplomatik kanallardan istifadə edirik – siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır.
Qonşularla mehriban münasibətlər və balanslaşdırılmış xarici siyasəti ilə Azərbaycan postsovet məkanında stabil, inkişaf edən lider ölkə statusunu qoruyub saxlamaqdadır. Bu statusun qazanılmasında, şübhəsiz ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu önəmli rol oynayır.
Dövlət başçısının Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində bu və digər məsələlər geniş analiz edilib, müxtəlif suallara cavab verilib. Reallıq odur ki, 2024-cü il Azərbaycan tarixinə beynəlxalq tədbirlərin keçirildiyi, mühüm qərarların qəbul edildiyi il kimi düşüb. Prezident də müsahibəsində bu və digər məsələləri geniş analiz edib, proqnozlar səsləndirib.
Bu müsahibədən çıxan əsas xətt ondan ibarətdir ki, Azərbaycan üçün prioritet bölgədə sülh və əmin-amanlığın qorunub saxlanılmasıdır və bu xəttə də 2024-cü ildə sadiqlik nümayiş etdirilib.
Şübhəsiz ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası oldu. Bunu da beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdi. Otuz il Ermənistanın işğal siyasətinə qarşı beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar Azərbaycana yardımçı olmadılar. Prezident Çin nəşrinə müsahibəsində bu məsələyə toxunub. Bildirib ki, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı: “Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.
Prezidentin müsahibəsindən irəli gələn mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan uğurlu xarici siyasət kursu ilə dünyada nüfuzunu artırıb və bu xətt də davam edəcək. Bu sırada isə COP29-un xüsusi rolu oldu.
Yeri gəlmişkən, Prezidentin Çin nəşrlərinə müsahibəsi artıq ənənəyə çevrilib. Bu da təsadüfi deyil. Ölkələrimiz arasında münasibətlər strateji önəm kəsb etməkdədir. Çin kimi fövqəldövlətlə münasibətlərin strateji önəm kəsb etməsi Azərbaycan üçün tarixi uğurdur.
Müsahibədə diqqətçəkən məqamlardan biri də o olub ki, Prezident bütün ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. Məsələn, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması da Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Dövlət başçısı vurğulayıb ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır: “Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır”.
Bundan əlavə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Yekun olaraq onu deyə bilərik ki, Prezident İlham Əliyev növbəti müsahibəsi ilə Azərbaycanın tək bölgədə deyil, qlobal miqyasdakı rolunu açıq şəkildə bəyan edib.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva
Azərbaycan və Çin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul ediblər.
Prezident cənab İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu media orqanlarının onunla müsahibəyə can atması artıq ənənə halını alıb. Ölkə Prezidentinin həm qlobal iqtisadi-siyasi proseslər, həm Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri, həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. O da maraqlıdır ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır. Bu kimi hallar beynəlxalq media qurumlarını növbəti dəfə Prezident cənab İlham Əliyevə müsahibə almaq üçün müraciət etməyə sövq edir. Davos Forumunda Çinin CGTN telekanalının ölkə başçısından müsahibə götürməsi bunun təsdiqidir.
Müsahibədə jurnalistin verdiyi sualların məzmunu, istiqamətləri Azərbaycan Prezidentinin siyasi nüfuzundan, onun fikir və proqnozlarına olan ehtiyacdan xəbər verir.
Müsahibədə Azərbaycan-Çin münasibətləri haqqında ətraflı danışan Prezident cənab İlham Əliyev ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bildirib: “Dünyanın aparıcı dövlətlərindən olan Çinlə imzalanmış strateji tərəfdaşlıq Bəyannaməmiz münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə, regional sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Çin vətəndaşları heç elektron viza üçün müraciət etmədən ölkəmizə gələ bilərlər. Eyni fürsətin Azərbaycan vətəndaşlarına da yaradılacağına ümid edirik”.
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı, arzuolunan tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri Azərbaycanla siyasi-iqtisadi münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verirlər. Bu xüsusda, dünyanın fövqəldövləti hesab edilən Çinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. Azərbaycanla Çini min ildən çox əvvəl qədim İpək yolu birləşdirib. Tarixi İpək yolundan başlanan münasibətlər ötən illər ərzində hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı inkişaf edir və möhkəmlənir. Prezident cənab İlham Əliyev müsahibəsində Çin, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq, Türkiyə, Özbəkistan ilə müttəfiqlik bəyannaməsi imzalandığını önə çəkərək bildirdi ki, şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi Azərbaycanın da xarici siyasəti daxili siyasətinin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Bütün bunlar göstərir ki, ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi çox yüksəkdir. Eləcə də, iqtisadi-ticarət münasibətləri də qənaətbəxşdir. Bundan başqa, Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyən dövlətlər sırasında olub. Çin Xalq Respublikasının da böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin iqlim dəyişiklikləri ilə qlobal mübarizədə mövqeyinin göstəricisi olmaqla yanaşı, Azərbaycana olan isti münasibətinin ifadəsidir. Bu münasibətlər beynəlxalq platformalar çərçivəsində də uğurludur.
Zərdab Rayon Həsən bəy Zərdabi Muzeyinin əməkdaşı Leyla Əliyeva