image-qanunla-reklam
image-manchester_city

ÇL: “Siti” 6, “Ayaks” 5 qolla qalib gəldi – Nəticələr

image-lady-day-az

UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.

Qanunla.Az xəbər verir ki, Türkiyədə “Beşiktaş” Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 20-ci dəqiqədə Cud Bellingem açıb. 45+3-cü dəqiqədə isə Erlinq Holann fərqi artırıb. Meydan sahiblərinin təsəlli qolunu 90+4-cü dəqiqədə Fransisko Montero vurub.

Moldova təmsilçisi “Şerif” isə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşmada sensasion qələbəyə imza atıb. İlk qolu Adama Traore 16-cı dəqiqədə vurub. 62-ci dəqiqədə isə Momo Yansane yekun nəticəni müəyyənləşdirib – 2:0.

Qeyd edək ki, turun son 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

***

UEFA Çempionlar Liqasında ilk turun son 6 görüşünün nəticələri aşağıdakı kimidir:

“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) – 6:3

“Brügge” (Belçika) – PSJ (Fransa) – 1:1

“Atletiko” (Madrid, İspaniya) – “Portu” (Portuqaliya) – 0:0

“Liverpul” (İngiltərə) – “Milan” (İtaliya) – 3:2

“Sportinq” (Portuqaliya) – “Ayaks” (Niderland) – 1:5

“İnter” (İtaliya) – “Real Madrid” (İspaniya) – 0:1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki