Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın dərhal NATO-ya qəbul edilməsinə çağırıb.
Qanunla.Az xəbər verir ki, keçmiş baş nazir bu barədə “Spectator” jurnalı üçün məqaləsində yazıb.
“Ukraynanı dərhal NATO-ya qəbul etməliyik, vurğulayıram – dərhal! Bunu etmək üçün yol var. Ukraynanı hələ müharibə bitməmiş təşkilata üzv olmağa dəvət edə bilərik. Çünki biz 5-ci maddə üzrə təhlükəsizlik zəmanətini hazırda Ukraynanın nəzarətində olan bütün Ukrayna ərazilərinə şamil edə bilərdik”, – o bildirib.
Conson qeyd edib ki, bu, bloka Ukraynanın böyük hissəsini qorumağa imkan verəcək və onun əraziləri qaytarmaq hüququnu dəstəkləyəcək.