image-qanunla-reklam
image-1731584779_02

COP29-un nailiyyətləri

image-lady-day-az

COP29-un nailiyyətləri

Bu gün dünyanın siyasi proseslərində ən önəmli faktorlardan biri ölkələrin hərbi və iqtisadi güc sahibi olmasıdır. Azərbaycan Lideri cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz hər iki istiqamət üzrə inkişafın zirvəsindədir.

Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Müstəqillik dövründə Azərbaycan bir neçə tarixi əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi edib. Onlardan birincisi 1994-cü ilin sentyabrında XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına həsr olunmuş tədbir idi. Ümummilli Lider Heydər Əliyev o zaman geosiyasi maraqları bir-biri ilə toqquşan gücləri, böyük dövlətlərin rəhbərlərini, nəhəng konsorsiumları Bakıda bir araya gətirməyə və bütün ziddiyyətlərə, bəzilərinin ciddi müqavimətinə baxmayaraq, neft müqaviləsinin imzalanmasına nail oldu. COP29 da  dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri oldu . BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsi xüsusi əhəmiyyət və məna kəsb etmişdir. Çünki bu tədbir sıradan beynəlxalq bir konfrans deyil, bu, dünyanın qorunmasına və gələcəyə hesablanan platforma mərkəzidir.

Təbii ki, ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir.

“Noyabrın 11-də başlayan COP29 ən yüksək səviyyədə keçirildi. Tədbirə gələn bütün qonaqlar 12 gün ərzində nümunəvi təşkilatçılığa şahidlik etdilər. Ölkəmizə 200-ə yaxın ölkədən təşrif buyuran xarici qonaqlar həm təşkilatçılığın olduqca yüksək səviyyədə olduğunu, həm onların mehribanlıqla qarşılandıqlarını, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdilər. Onlar həm də Bakının gözəlliyinə heyran olduqlarını bildirdilər. Beləliklə, COP29-un timsalında Azərbaycanın nümunəvi təşkilatçılığı və Bakının beynəlxalq tədbirlərin ən ideal ünvanlarından biri olduğu bir daha öz təsdiqini tapdı. COP29-un yüksək səviyyədə keçirilməsində bir çox amillər mühüm rol oynadı. Bunların sırasında könüllülərin fəaliyyətini xüsusi vurğulamaq olar. Məlumdur ki, Azərbaycan könüllülük hərəkatının inkişaf etdiyi dövlətlər sırasında yer alır. Bütün əvvəlki tədbirlərdə olduğu kimi, COP29-da da könüllülər möhtəşəm fəaliyyət ortaya qoydular. Onlar tədbirə gələn qonaqların qarşılanmasında və istiqamətləndirilməsində böyük rol oynadılar. Təsadüfi deyil ki, könüllülərin fəaliyyəti xarici qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı.

Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi

Azərbaycan BMT-nin ən nüfuzlu tədbirlərindən birinə – COP29 iqlim konfransına uğurla ev sahibliyi etdi. Bu, ilk növbədə miqyasına görə Azərbaycanın bu vaxta qədər ev sahibliyi etdiyi ən böyük tədbir kimi tarixə düşdü. Ölkəmizin bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkan olduğu, rəsmi Bakının ən nüfuzlu tədbirləri belə yüksək səviyyədə təşkil etmək bacarığı bir daha təsdiqləndi. İki həftəyə yaxın davam edən iqlim müzakirələrinin iştirakçıları ev sahibi kimi Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirdilər. Prezident cənab İlham Əliyevin də bəyan etdiyi kimi, “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”

COP29-da davam edən səmərəli və gərgin müzakirələr öz nəticəsini verdi. Belə ki, Bakı COP İtki və Zərər Fondunun 10 ilə yaxındır müzakirə olunan karbon bazarına dair çoxdan gözlənilən Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsilə tarixə düşdü.

“Bakı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Yəni, Bakıda COP-larda əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çox maliyyə dəstəyinə nail olundu ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə töhfə olacaq.

Azərbaycan Prezidenti Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirir. Ölkəmiz ötən il ev sahibliyi statusu qazanarkən nümayiş olunan etimadı ən yüksək səviyyədə doğrultdu. Yeri gəlmişkən, BMT Baş katibi Antonio Quttereş də uğurlu təşkilatçılığa görə Azərbaycana təşəkkürün bildirərək, COP29 razılaşmasının iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğunu bildirib.

Beləliklə, 197 ölkənin təmsil olunduğu COP platformasına uğurla ev sahibliyi etməklə Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu əsas mərkəzə çevrildiyi təsdiqləndi.

COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri oldu. 76 min iştirakçının qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord oldu. COP29 sessiyası ərzində hər hansı riskli vəziyyətin yaranmaması Azərbaycanın təhlükəsizlik adası olduğunu bir daha təsdiqlədi.

COP29 həm də böyük Qələbəmizdən sonra Azərbaycanın dünyaya təqdimatı oldu. COP29 ölkəmizin 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə bölgədə yaratdığı yeni reallıqların bütün dünya tərəfindən qəbul olunduğunu göstərdi.

COP29 uğuru Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçılarının və icraçılarının da ifşası oldu.

Azərbaycan Prezidenti COP29 sessiyasının ilk günlərində keçirilən Liderlər Sammitində bütün dünya icitmaiyyəti qarşısında bir daha bəyan etmişdi ki, “Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”.

Bütün maneələrə baxmayaraq, Azərbaycan bəşəriyyəti narahat edən iqlim konfransına yüksək səviyyəli təşkilatçılıq etdi. COP29 platformasında çıxış edən cənab Prezident İlham Əliyev həm də ölkəmizin siyasi, iqtisadi və sosial inkişaf modelini təqdim etdi. Azərbaycana qarşı çirkin kampaniyalar, dünyada cərəyan edən “yaşıl keçid” şüarları əsasında nümayiş olunan imitasiyalar ifşa edildi. Bakı COP-dan sonra artıq bütövlükdə COP tarixində yeni mərhələnin başladığını əminliklə söyləmək olar.

Bir sözlə, biz həm dövlət, həm də cəmiyyət olaraq COP29 tədbirini uğurla başa vurduq.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki