image-qanunla-reklam
image-88129d12-49a0-3989-99dd-25c533d05e50_850

COVID-19 təhlükəsinin azalması fonunda neft bahalaşır

image-lady-day-az

Epidemioloji təhlükənin azalması fonunda dünya bazarlarında neft bahalaşır.

Bakı vaxtı ilə 08.48-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,68% bahalaşaraq, 1 bareli 73,72 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti də 0,94% artaraq, 1 bareli 70,61 ABŞ dolları təşkil edib.

Treyderlər “Omikron” ştamı ilə bağlı təhlükədən başqa, ABŞ və İran arasında nüvə enerjisinə dair müqavilənin imzalanması ehtimallarına da xüsusi diqqət ayırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki